 | "Keyfiyyət Assosiasiyası" İB 28 may 2008-ci il tarixində dünyanın keyfiyyət sahəsində ən böyük təşkilatlarından biri olan Asiya və Sakit Okean Hövzəsi Ölkələrinin Keyfiyyət Təşkilatına (APQO-Asia Pacific Quality Organization) üzv qəbul olmuşdur. Nüfuzlu beynəlxalq təşkilat kimi APQO 1981-ci ildə yaradılmışdır. APQO-nun yaradılmasında dünyanın bir sıra ölkələrinin ( ABŞ, Yaponiya, Çin, Koreya, Avstraliya, İndoneziya, Sinqapur, Malasiya, Yeni Zellandiya, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, Türkiyə, Hindistan, Tayland, Vyetnam, İran ) keyfiyyət təşkilatları iştirak etmişdir. |