 | Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 98 saylı Texniki Komitəsi tərəfindən tikinti sahəsinə dair yeni ISO 13823:2008 standartı artıq istifadə üçün dövriyyəyə buraxılıb. Bu standart tikinti sahəsində ekoloji və mexaniki təsirlərə qarşı yüksək təhlükəsizlik tələblərinə cavab verən tikinti layihələrini işləyib hazırlayan və həyata keçirən mütəxəssislərə kömək etmək məqsədilə hazırlanmışdır. |
Read more...
 | Avropa İttifaqının şurası tərəfindən 9 iyul 2008-ci il tarixində qəbul edilmiş direktivə əsasən, 2010-cu ildən etibarən hər bir Avropa ölkəsində yalnız bir milli sertifikatlaşdırma orqanı fəaliyyət göstərəcək. Bu reqlament qanunvericiliyin tələblərinə müvafiq olaraq aparılan uyğunluğun könüllü və məcburi qaydada qiymətləndirilməsinin dəstəklənməsinə, bütövlükdə akkreditasiya fəaliyyətinə şamil edilir. |
Read more...
 | Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırda keyfiyyəti idarəetmə sistemlərində geniş tətbiq olunan ISO 9001 standartının yeni versiyası - ISO 9001:2008 istifadə üçün artıq dövriyyəyə buraxılıb. ISO-nun 176 saylı Texniki komitəsinin hazırladığı bu standart əvvəlki ISO 9001-2004 versiyasında olan başlıca tələb və məqsədləri əsasən özündə qoruyub saxlayır.
|
Read more...
 | 12 -14 may 2009-cu il tarixlərində Xorvatiyanın Dubrovnik şəhərində Avropa Keyfiyyət Təşkilatının (EOQ) 53-cü konqresi keçiriləcək. İki gün davam edəcək bu ali forumda dünyanın bir sıra ölkələrinin keyfiyyət təşkilatlarının, eləcə də bu sahədə tanınmış keyfiyyət üzrə menecerlərin, aparıcı mütəxəssislərin iştirakı gözlənilir. ” |
Read more...
 | Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası ilə birgə işləyib hazırladığı ISO/BEK 17021:2006 “Uyğunluğun qiymətləndirilməsi. Menecment sisteminin auditini və sertifikatlaşdırılmasını həyata keçirən orqanlara qoyulan tələblər” standartı artıq qüvvəyə minmişdir. Bu Standart ISO 9001:2000 (keyfiyyət menecmenti) и ISO 14001:2004 (ekoloji menecment) standartı üzrə idarəetmə sistemlərinin auditini və sertifikatlaşdırılmasını həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi və bu işi aparan şəxslərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə hazırlanmışdır.
|
Read more...
 | | Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) enerjinin istifadəsinin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə yeni beynəlxalq standartın hazırlanması ilə bağlı müafiq komitənin yaradılması haqqında qərar qəbul etmişdir. Hazırlanacaq yeni standartın tətbiqi gələcəkdə təşkilat və şirkətlərə enerjidən istifadənin yaxşılaşdırılmasına, xərclərə qənaət edilməsinə və bütövlükdə müəssisələrin ekoloji sahədəki fəaliyyətlərinə müsbət təsir edəcək. |
Read more...
|
|
|
|
|
Page 2 of 3 |