Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Qreqori Harris Vatson

 

Strateji idarəetmə və keyfiyyət sahəsində dünyanın ən tanınmış alimlərindən biri,  Beynəlxalq Keyfiyyət Akademiyasının (BKA) prezidenti.

Q.Vatson 16 iyul 1948-ci ildə ABŞ-da anadan olmuşdur. 1970-2003 cü illər arasında o, müxtəlif ali məktəblərdə ayrı ayrı ixtisaslar üzrə bakalavr, magistr və elmi dərəcələrə yiyələnmişdir.

Peşəkar məsləhətçi kimi fəaliyyətə Q.Vatson 1980-ci illərdən  başlamışdır. O, 1990-cı illərdə ABŞ hökumətinin xüsusi tapşırığı ilə Çin və Çilidə idarəetmə və keyfiyyət sahəsinin inkişafı üzrə dövlət proqramlarının rəhbəri olmuşdur. Beçmarkinqin əsaslarının yaradılması və milli keyfiyyət mükafatlarının təsis edilməsi məqsədilə o, bu ölkələrin hökumət dairələrində seminarlar aparmışdır. Qeyd etmək lazımdır ki, bu ölkələrin iqtisadi yüksəlişində Dr. Vatsonun müstəsna xidmətləri vardır. O,özünün çoxillik peşəkar fəaliyyəti müddətində dünyanın  onlarla ölkəsində hökumət və özəl sektor nümayəndələrinə idarəetmə və keyfiyyətlə bağlı təlimlər keçmiş və bu sahədə kadrların yetişdirilməsində böyük rol oynamışdır.

Hazırda onun xidmətlərindən (məsləhətlərindən) dünyanın bir çox məşhur şirkətləri istifadə edir. O, dünyanın Amerikan Express, Du Pont, Ford, Toshiba, Nokia, Exxon, Nestle, Mansanto, Sony, İntel və s. kimi şirkətlərin baş məsləhətçisidir. Q.Vatson 1997-cı ildə “Altı siqma” elmi üsulu üzrə “qara kəmər ustası” adına layiq görülmüşdür.
ASQ (Amerika Keyfiyyət Cəmiyyəti) 2001-ci ildə Q. Vatsonu “keyfiyyət haqqında bilgilər sisteminin inkişafında qiymətli əməyinə görə” Lankaster medalı ilə mükafatlandırmışdır. O həmçinin, Keyfiyyət və Həmiştirakçı Assosiasiyası (AQP) prezidentinin “keyfiyyət sahəsində peşəkar xidmətlərinə görə mükafatına layiq görülmüşdür.

2000-ci ildə ABŞ-ın nüfuzlu “Quality Progress” jurnalı Dr. Vatsonu idarəetmə və keyfiyyət sahəsindəki fəaliyyətinə görə XXI əsrdə dünyanın ən effektiv ekspert-məsləhətçiləri siyahısına daxil etmişdir.
2001-ci ildə Yaponiya alimləri və mühəndisləri İttifaqında hər il keçirilən və E,Deminqin xatirəsinə həsr edilmiş 50-ci yubiley mühazirəsini də o oxumuşdur.

Dr.Vatson bütün dünyada çox böyük tələbatla istifadə edilən keyfiyyət məsələləri üzrə on kitabın müəllifidir. Onun əsərləri dünyanın  bir çox ölkəsində nəşr olunmuş və müxtəlif dillərə tərcümə edilmişdir.
2007-ci ildə onun əsərləri Amerika Keyfiyyət Cəmiyyəti tərəfindən biznes idarəetmə sahəsində ABŞ-da ən praktiki əhəmiyyətli əsərlər elan olunmuşdur.

Hal-hazırda Dr Vatson Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti, Business Excelence Solutions LTD. şirkətinin rəhbəridir. Eyni zamanda o, Birləşmiş Krallığın (Böyük Britaniya) keyfiyyətin təminatı İnstitutunun, Avstraliya Keyfiyyət Cəmiyyətinin, Bençmarkinq üzrə Qlobal Şəbəkənin (GBN) Asiya və Sakit okean regionu ölkələri Keyfiyyət təşkilatının, Ümumdünya Elm və Mühəndislər Cəmiyyətinin, məhsuldarlığın (səmərəliliyin) elmi əsasları üzrə Ümumdünya şurasının idarə heyətlərinin üzvüdür.
Bundan başqa doktor Vatson 25 ölkənin elm, texnika və keyfiyyət üzrə təşkilat və cəmiyyətlərinin fəxri üzvü seçilmişdir. Bir sözlə o, keyfiyyət sahəsində dahi alim və əfsanəvi şəxsiyyətdir.

Dr. Vatson bu gün dünyanın bir sıra ölkələrinin hökümət və biznes dairələrində böyük nüfuza malikdir. Hazırda o, dünyanın müxtəlif dövlətlərində iri biznes layihələrdə iştirak edir, həm də bir sıra ölkələrin hökümət strukturlarında fərdi məsləhətçi kimi fəaliyyət göstərir.

2008-ci ildə cənab Q.Vatson dünyanın elm və texnika sahəsində göstərdiyi xidmətlərinə görə “İlin adamı” seçilmişdir.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Ноябрь
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com