![]() | Cari ilin 15-17 aprelində Qazaxıstanın Almatı şəhərində risk-menecmentə dair V beynəlxalq konfrans keçiriləcək. Bu konfransda iqtisadiyyat sahəsində tanınmış alim, Nyu-york universitetinin professoru Nuriel Rubininin çıxışı nəzərdə tutulur. |
Bundan başqa konfransda hazırkı qlobal iqtisadi böhran şəraitində dünya iqtisadiyyatının aktual məsələləri, ilk növbədə iqtisadi artım templərinin aşağı düşməsi ilə əlaqədar dünya iqtisadiyyatında baş verən dəyişikliklər və mövcud vəziyyətdən çıxış yolları müzakirə ediləcək. Konfransın müzakirələrində risk-menecment üzrə dünyanın 25 ölkəsindən gəlmiş aparıcı mütəxəssis və ekspertlərin iştirakı gözlənilir.




