Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Fəaliyyət istiqamətlərimiz


  • Azərbaycanın keyfiyyət sahəsində milli siyasətinin formalaşdırılması və onun həyata keçirilməsinə yardım edilməsi;
  • Keyfiyyət məsələləri üzrə qanunvericilik və normativ aktların ekspertizası;
  • Beynəlxalq sertifikatlara layiq görülən və keyfiyyət, idaraetmə, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində təcrübəyə malik yerli və xarici müəssisələrin görüşlərinin təşkil edilməsi;
  • Keyfiyyət və idarəetmə sahəsində məlumatların toplanması, hazırlanması və nəşrlər vasitəsilə yayılması;
  • Beynəlxalq standart və digər normativ sənədlərin tərcüməsi;
  • Təlimlərin və seminarların keçirilməsi yolu ilə keyfiyyət, idarəetmə və s. sahələrdə mütəxəssislərin hazırlanması;
  • Müasir keyfiyyəti idarəetmə sistemlərinin yaradılması və tətbiqi üzrə müəssisələrə kömək göstərilməsi;
  • Keyfiyyət sahəsində elmi işlərin təşkili və maliyyələşdirilməsi;
  • Keyfiyyəti idarəetmə sahəsində çalışan mütəxəssislərin qeydiyyatının aparılması;
  • Keyfiyyət sahəsində xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq;
  • İstehlakçılar, istehsalçılar, maliyyə və ticarət strukturlarında ümummilli keyfiyyət hərəkatının təbliğatı;
  • Benchmarkinqin təşkili və məlumatlar bazasının hazırlanması;
  • Xarici müəssisələrə və ölkələrə təcrübə mübadiləsi məqsədilə səfərlərin təşkili;
  • Mütəxəssislərin sertifikatlaşdırılması.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Ноябрь
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com