Avropa Keyfiyyət Təşkilatının (EOQ) 54-cü konqresi

E-mail Print PDF

  

25-27 oktyabr 2010-cu il tarixlərində Türkiyənin İzmir şəhərində Avropa Keyfiyyət Təşkilatının (EOQ) növbəti 54-cü konqresi keçiriləcək. Konqresdə keyfiyyət və idarəetmənin müasir metod və modelləri, iqtisadiyyatın ayrı-ayrı sahələrində keyfiyyət və innovasiyaların tətbiqi, qlobal böhran şəraitində keyfiyyət amilinin rolu, idarəetmədə strateji planlaşdırma,

dövlət strukturlarında keyfiyyətə nailolma yolları, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinin metod və üsulları, tikinti, səhiyyə, turizm, informasiya sahəsində keyfiyyət, risklərin idarə olunması və s. kimi aktual məsələlər müzakirə ediləcək. Türk Standartlar İnstitutunun (TSE) təşkilatçılığı ilə keçiriləcək bu tədbirə dünyanın bir sıra ölkələrindən olan keyfiyyət və idarəetmə üzrə mütəxəssislərin, o cümlədən tanınmış şirkət nümayəndələrinin və iş adamlarının qatılması gözlənilir.

Sosial şəbəkənə əlavə et:

Deli.cio.us    Digg    reddit    Facebook    StumbleUpon    Newsvine
 

Axtarış

Bizimlə əlaqə

H. Salmani küç., 15, mənzil 6, AZ1000
Tel./Faks:  (+994 12) 496 44 12
Mobil: (+994 55) 255 07 37
E-mail: info@aqa.az

Netty