ISO 9004 standartının yeni nəşri

E-mail Print PDF

  Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) müəssisələrin davamlı inkişafını təmin etmək üçün rəhbərlik sənədi olan ISO 9004 standartının yeni versiyasını nəşr etmişdir. Bu versiya ilk dəfə 1987-ci ildə buraxılmış standartın artıq 3-cü nəşridir. Qeyd olunan standart ölçüsü, fəaliyyət növü və tipindən asılı olmayaraq istənilən müəssisənin davamlı inkişafını təmin etmək üçün nəzərdə tutulur.

ISO 9004:2009 standartı müəssisənin fəaliyyətinin ümumi effektivliyinin proses yanaşmasını tətbiq etməklə artırmağa yönəlik oriyentirləri əks etdirir.

Standart əsas diqqəti istehlakçıların (müştərilərin) və digər maraqlı tərəflərin uzunmüddətli perspektivdə və balanslaşdırılmış formada tələblərinin təmin edilməsinə yönəldir.

ISO 9001:2008 standartı ilə müqayisədə ISO 9004:2009 standartı keyfiyyətin idarə olunması, xüsusilə də effektivliyin artırılması üçün daha geniş imkanlar açır. Bu standart istehlakçıları (müştəriləri) və digər maraqlı tərəfləri məmnun etməklə davamlı mükəmməlliyə nail olmaq, həmçinin ISO 9001:2008 standartının çərçivəsindən kənara çıxmaq istəyən müəssisələr və onların rəhbərliyi üçün faydalı ola bilər.

ISO 9004:2009 standartı şirkət və təşkilatlara “Özünü dəyərləndirmə” (self-assesment) baxımından aşağıdakılara nail olmaq imkanları verir:

·         rəhbərliyi, strategiyanı, resursların və proseslərin idarə edilməsini əhatə edən bençmarkinq aparmaq;

·         özünün güclü və zəif tərəflərini müəyyən etmək;

·         yaxşılaşdırma imkanlarını müəyyən etmək.

 “Özünü dəyərləndirmə” istənilən müəssisədə strateji planlama proseslərinin əsas elementi ola bilər.
ISO 9004:2009 standartı ISO 9004:2000 standartını əvəz edir. Dünyada standartın tətbiqi ilə bağlı son 8 illik təcrübə nəzərə alınmaqla ISO 9004 standartının yeni versiyasının strukturunda və tərkibində müəyyən dəyişikliklər edilmişdir. Belə ki, müəssisənin davamlı inkişafını təmin etmək üçün onun necə idarə olunması ilə bağlı tövsiyə xarakterli müddəalar ilk dəfə olaraq standarta daxil edilmişdir .
ISO 9001:2008 standartı ilə ISO 9004:2009 standartı biri-birini tamamlayır. Lakin, bununla yanaşı ISO 9004:2009 standartından həm də müstəqil şəkildə istifadə oluna bilər. ISO 9004:2009 standartı sertifikatlaşdırma zamanı və müqavilələrdə nəzarət standartı kimi nəzərdə tutulmamışdır.

Sosial şəbəkənə əlavə et:

Deli.cio.us    Digg    reddit    Facebook    StumbleUpon    Newsvine
 

Axtarış

Bizimlə əlaqə

H. Salmani küç., 15, mənzil 6, AZ1000
Tel./Faks:  (+994 12) 496 44 12
Mobil: (+994 55) 255 07 37
E-mail: info@aqa.az

Netty