![]() | | Beynəlxalq
Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq
Elektrotexnika komissiyası (IEC) 2009-cu ilin yanvar ayında “Risklərin
idarə edilməsi - risklərin qiymətləndirilməsi metodları” adlı yeni
ISO/IEC
31010 2009 standartını nəşr etmişdir. Yeni standart istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrə risklərin idarə olunması sahəsində kömək etmək məqsədi daşıyır. |
Qeyd
olunan standart Beynəlxalq Standartlaşdırma Təşkilatının bu yaxınlarda
işləyib
hazırladığı ISO 31000:2009, ISO 73:2009
standartları ilə bərabər biznes nəticələrə təsir göstərən effektiv
vasitə kimi müəssisələrdə
tətbiq oluna bilər. Standartın hazırlanması üzrə layihənin rəhbəri Erik Maxinin sözlərinə görə, ISO / IEC 31010
risklərin menecmenti üzrə inteqrasiya edilmiş standartlar strukturunun
tərkib
hissəsi kimi müəssisələrdə ümumi idarəetmənin səmərəliliyinin
artırılmasına
xidmət edir. Yeni standartda risklərin qiymətləndirilməsinin konseptual
məsələlərinə
toxunulmuş, həmçinin risklərin qiymətləndirilməsi prosesi və bu
qiymətləndirmənin metodları geniş şərh olunmuşdur.




