Avropa Akkreditasiya Birliyinin (EA) birləşdirilmiş auditlərdə ISO/IEC 17021 standartının tətbiqi üzrə rəhbərlik sənədi

E-mail Print PDF


 

Avropa Akkreditasiya Birliyi (EA) 25 oktyabr 2009-cu ildə EA-7/05 “Birləşdirilmiş auditlərdə ISO/IEC 17021 standartının tətbiqi üzrə rəhbərlik” sənədini təsdiq etmişdir.
Qəbul edilmiş yeni sənədə əsasən, bundan sonra ümumi sertifikatlaşdırma sahəsi və sinxronlaşdırılmış (uyğunlaşdırılmış) sertifikatlaşdırma sxemi olan və eyni vaxtda bir neçə standarta uyğun aparılan auditlər birləşdirilmiş auditlər hesab olunacaq.

Bu o deməkdir ki, bəyan olunmuş bütün standartlara uyğun sertifikatlaşdırma, təkrar sertifikatlaşdırma və nəzarət auditləri eyni vaxtda aparılmalıdır. Yalnız bu halda sertifikatlaşdırma orqanı sertifikatlaşdırma üçün tələb olunan vaxtı, iş həcmini və çəkilən xərcləri (audit qiymətini) 20% azalda bilər. Digər hallarda isə eyni vaxt ərzində bir neçə standart üzrə keçirilən auditlər heç bir iş həcmini və xərcləri azaltmayan auditlər olaraq qiymətləndirilməlidir.

Menecment sistemlərini artıq sertifikatlaşdırmış, həmçinin gələcəkdə başqa standartlar üzrə sertifikatlaşdırılma prosesini həyata keçirmək istəyən müəssisələr yeni tələbləri nəzərə almalı və qeyd edilən sertifikatlaşdırmanın qiyməti barədə öz sertifikatlaşdırma orqanı ilə məsləhətləşməlidir.

Sosial şəbəkənə əlavə et:

Deli.cio.us    Digg    reddit    Facebook    StumbleUpon    Newsvine
 

Axtarış

Bizimlə əlaqə

H. Salmani küç., 15, mənzil 6, AZ1000
Tel./Faks:  (+994 12) 496 44 12
Mobil: (+994 55) 255 07 37
E-mail: info@aqa.az

Netty