Keyfiyyət Akademiyası

E-mail Print PDF

Keyfiyyət Akademiyası “Keyfiyyət Assosiasiyası” İB-nin struktur vahidlərindən biridir. Bu qurumun əsas məqsədi Azərbaycanda keyfiyyət, idarəetmə, beynəlxalq standartlar və standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi, həmçinin müəssisələrin səmərəli və effektiv fəaliyyəti üçün tələb olunan digər sahələrinin inkişafına təlim və tədrislərin təşkili və keçirilməsi ilə kömək etməklə, ölkə daxilində və xaricində istehsal olunan məhsul və xidmətlərimizin keyfiyyətinin yüksəldilməsi və onların rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

Təlim, tədris və təhsil proqramlarının təşkili və keçirilməsi, həmçinin bu təlimlər nəticəsində əldə olunan bilik və bacarıqların, bunları təsdiq edən sertifikatların beynəlxalq standartlara uyğun olması və xarici ölkə və qurumlar tərəfindən tanınması üçün Keyfiyyət Akademiyası aşağıdakı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir:

  • Personalın Sertifikatlaşdırılması üzrə Beynəlxalq Assosiasiya (IPC - International Personnel Certification Association);

  • Amerika Keyfiyyət Cəmiyyəti (ASQ – American Society for Quality)

  • Avropa Keyfiyyət Təşkilatı (EOQ - European Organization for Quality);

  • TQNet;

  • Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Registri (IRCA - International Register of Certificated Auditors);

  • RABQSA International Inc.;

Bununla yanaşı Keyfiyyət Akademiyası yeni qurumlarlada əməkdaşlıq etmək üçün beynəlxalq səviyyədə danışıqlarını davam etdirir.

 

Sosial şəbəkənə əlavə et:

Deli.cio.us    Digg    reddit    Facebook    StumbleUpon    Newsvine
 

Axtarış

Bizimlə əlaqə

H. Salmani küç., 15, mənzil 6, AZ1000
Tel./Faks:  (+994 12) 496 44 12
Mobil: (+994 55) 255 07 37
E-mail: info@aqa.az

Netty