Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
FMEA (Failure Mode and Effects Analysis) məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə analizin aparılması və ən kritik addımların aşkar edilməsi metodologiyasıdır.
ABŞ-ın MIL-STD-1629 hərbi standartına əsasən FMEA sistemin fəaliyyəti üçün bütün kritik səhvlərin təsnifatlaşdırılması, onların nəticələrinin sistemə təsirinin müəyyənləşdirilməsi məqsədilə sistemdə mövcud olan bütün səhvlərin analizi metodudur.
Bu metod üzrə analizin aparılması texnologiyası əsasən iki mərhələdə həyata keçirilir:
Modellərin araşdırılması mərhələsində:
1. Proses təhlil edilir.
2. Əks beyin hücumu aparılır.
3. Hər bir imtinanın mümkün nəticələrinin (S) siyahısı tərtib edilir.
4. Hər bir nəticə ciddilik dərəcəsinə görə ekspertlər tərəfində 10 ballıq şkala üzrə qiymətləndirilir (10 bal ən ağır nəticəni göstərir).
5. Nəticənin yaranması ehtimalı (O) 10 ballıq şkala üzrə qiymətləndirilir.
6. İmtinanın aşkar edilməsi və onun ehtimal olunan nəticələri (D) də 10 ballıq şkala üzrə qiymətləndirilir.
7. Hər bir nəticə üçün risk prioritetinin əmsalı R (Risk Priority Number - RPN) hesablanır.
8. Yüksək risk göstəricilərinə malik imtinaların qarşısının alınması və ya onların azaldılması üçün tədbirlər işlənib hazırlanır.
9. Bu tədbirlər nəzərə alınmaqla yeni risk göstəriciləri hesablanır.
FMEA-nın tətbiqi müəssisələrdə aşağıdakıların həyata keçirilməsinə imkan verir: