Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Layihələr

Снять квартиру посуточно. Быстро снять посуточно квартиру в казани. Снять однокомнатную квартиру посуточно. Помощь в получении ипотеки. Удобное получение ипотеки в сбербанке. Что нужно для получения ипотеки. Отопление частного дома. Как сделать отопление частный дом схема. Частный дом монтаж отопления. Восстановление жесткого диска. Быстрое восстановление информации с жесткого диска. Восстановление данных жесткого диска программа. Кредит с плохой историей. Быстрые кредиты онлайн с плохой историей. Срочный кредит с плохой историей. В какой сервер играть в WOW. Топ world of warcraft серверы. Wow серверы pandaria. Круглопалочный станок чертежи. Круглопалочный станок купить дешево. Самодельный круглопалочный станок. Кредит на покупку квартиры. На долго взять кредит на квартиру. Кредит на покупку квартиры.

Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsi

Qida Təhlükəsizliyi üzrə Məsləhətçi Yardımı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) - ABŞ hökumətinin xarici yardım üzrə agetliyidir. Agentlik uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. USAID tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi daşıyır.

Azərbaycanda USAID ölkənin və xalqın həyatına müsbət və davamlı dəyişiklikləri gətirməyə kömək etməyə çalışır. Bu gün USAID-in Azərbaycandakı missiyası iqtisadi inkişaf, demokratiya və idarəetmə, habelə səhiyyə sahələrində 15-dən çox proqrama dəstək göstərir. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan USAID ölkəmizə 300 milyon ABŞ dollarından artıq dəyərdə maliyyə yardımı və texniki dəstək göstərib.

USAID proqramları Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları, biznes dairələri və yerli icmalarla əməkdaşlıq edərək qanunları təkmilləşdirməyə, insan və siyasi hüquqları təşviq etməyə, vətəndaşların müxtəlif proseslərdə iştirakını artırmağa, yeni iş yerlərini açmağa, gəlirləri artırmağa, habelə Azərbaycan xalqının sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək etməyə çalışır.

USAID-nin Azərbaycanda həyata keçirdiyi layihələrdən biri də Azərbaycan Rəqabətlilik və Ticarət Layihəsi ( ART) çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qida müəssisələri üçün qida təhlükəsizliyi üzrə ümumi məsləhət yardım xidmətlərinin (MY) dəstəklənməsidir. USAID -nin Məsləhət Yardım proqramı üzrə ən yaxşı yerli məsləhət şirkəti seçilən Keyfiyyət Assosasiyası bu proqram çərçivəsində hazırda yerli qida müəssisələrində beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun idarəetmə sistemlərinin qurulması üzrə məsləhət xidmətlərini həyata keçirir.

Əsasən südçülük, balıqçılıq, quşçuluq, həmçinin fındıq, alma və nar emalı sahəsində fəaliyyət göstərən müəssisələri əhatə edən bu layihə çərçivəsində qeyd olunan müəssisələrə göstəriləcək məsləhət xidmətləri üzrə xərclərin 70%-i USAID tərəfindən ödəniləcək. USAID/ART Qida Təhlükəsizliyi üzrə Məsləhət Yardım proqramı müəssisələrdə qida təhlükəsizliyini idarəetmə sisteminin effektivliyinin artırılmasını nəzərdə tutur.


Tətbiq ediləcək sistemin müəssisələr üçün səmərələri

Daxili səmərələr

  • qida təhlükəsizliyi idarəetmə sisteminin effektiv planlaşdrılması, təşkili və təkmilləşdirilməsi;
  • istehlakçı üçün təhlükəsiz olan məhsulun təqdiminə yönəldilmiş yeyinti məhsulunun təhlükəsizliyinin idarəetmə sistemini planlaşdırılması və tətbiq olunması;
  • işçilərin peşəkarlığının və məhsuldarlığın yüksəlməsi, eləcədə onlar arasında düzgün vəzifə bölgüsünün aparılması;
  • konkret işçidən asılılığın aradan qaldırılması;
  • resurslardan effektiv istifadə etməklə xərclərə qənaət edilməsi;
  • istehsal olunan məhsulun təhlükəsizliyinin, keyfiyyətinin yüksəlməsi və itkilərin azaldılması;
  • idarəetmənin düzgün təşkili nəticəsində rəhbərliyin iş yükünün azalması və inkişafa yönəlik işlərin görülməsi;
  • sənədləşdirmənin düzgün aparılması;
  • şirkətin əməliyyatlarının daimi təkmilləşdirmə sisteminin formalaşması.

Xarici səmərələr

  • müştərilərin məmnunluğunun və ən əsası təkrar alışlarının artması;
  • müştərilərin şikayətlərinin azaldılması;
  • tərəfdaş və investorlarla əlaqələrin genişləndirilməsi və qarşılıqlı inamın formalaşması;
  • tenderlərdə uğurlu iştirak;
  • imicin yüksəlməsi;
  • ixrac potensialının və beynəlxalq ticarətə çıxış imkanın artması;
  • qanunvericiliyin tələblərinin dəqiq yerinə yetirilməsi və dövlət orqanları ilə əlaqələrin yaxşılaşdırılması;
  • bazar dəyişikliklərinə çevik uyğunlaşmaq imkanının əldə edilməsi;
  • rəqabətqabiliyyətliliyin artması.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Сентябрь
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com