Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
Обновлено 27.07.2015 07:17 Автор: Administrator 06.01.2015 14:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramənda bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.
Dövlət proqramında eyni zamanda sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara informasiya, marketinq və markalanma dəstəyi, standartların və sertifikatların tətbiqində dəstək, treninq dəstəyi göstərilməsi və bununla bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Keyfiyyət Assosiasiyası “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə dövlət və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqi üzrə yeni layihəyə start verir.
Layihədə sənaye müəssisələri üçün aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
Layihə çərçivəsində beynəlxalq standartlarin tətbiqi üzrə praktiki məsləhətlərin verilməsi və bunula bağlı müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Layihəni həyata keçirmək üçün Keyfiyyət Assosiasiyasının üzv və mütəxəssislərindən ibarət qrup təşkil olunmuşdur.
Məsələlərin operativ həlli üçün Assosiasiyada qaynar xətt fəaliyyət göstərir.
Telefon: +99412 480 28 47
+99412 376 46 62
Mobil: +99477 277 80 98
Layihənin rəhbəri: |
|
Samir Novruzlu |
Texniki məsələlər üzrə koordinator: |
|
Sərdar Qurbanov |
Sertifikatlaşdırma məsələləri üzrə koordinator: |
|
Şamo Muradov |
Təlim və tədris məsələləri üzrə koordinator: |
|
Çinarə Məmmədova |
İctimai əlaqələr üzrə koordinator: |
|
Hikmət Rəcəbov |
Məsləhətçi və təlimçilər: |
|
Daməd Əliyev |
|
|
Qalib Şərifov |
|
|
Tağı Əhmədzadə |
|
|
Ruslan Qurbanov |
|
|
Xəyyam Əsgərov |
|
|
Mustafa Şirin |
|
|
Yasin Çetin |
|
|
Aqil Allahverdiyev |
|
|
Rauf Mirrəşidli |
|
|
Elxan Mikayılov |
|
|
Səməd Seyidov |
|
|
Fuad Məmmədov |