Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

“EL METAL” MMC-də ISO 9001 və OHSAS 18001 standartının tətbiqi üzrə yeni layihə

PDFПечатьE-mail

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə Keyfiyyət Assosiasiyası tərəfindən 06.01.2015 tarixindən yeni layihənin həyata keçirilməsinə başlanılıb. Qeyd olunan layihədə ölkəmizin dövlət və özəl sektorunda fəaliyyət göstərən müəssisələrə beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Bununla əlaqədar olaraq  Keyfiyyət Assosiasiyası tərəfindən 19 may 2015 -ci il tarixindən “EL METAL” MMC-də ISO 9001 və OHSAS 18001 standartının tətbiqi üzrə  yeni layihənin həyata keçirilməsinə başlanılıb.

Bu layihəyə əsasən  sözügedən müəssisədə idarəetmənin yaxşılaşdırılması və təkmilləşdirilməsi məqsədilə yuxarıda qeyd olunan beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin göstərilməsi, həmçinin daxili auditlərin təşkili və keçirilməsi nəzərdə tutulub.

Bu barədə məlumat verən Keyfiyyət Assosiasiyası İB-nin sədri S. Novruzlu “EL METAL” şirkətində  həyata keçirilən layihədən danışıb.

Keyfiyyət Assosiasiyası tərəfindən 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə yeni layihəyə başlandığını deyən S. Novruzlu, sözügedən layihə çərçivəsində  yerli müəssiələrimizdə idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlik müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib.

Assosiasiyanın sədri “EL METAL” MMC ilə imzalanmış müqaviləyə toxunaraq bunun sozügedən şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə, istehsal olunan məhsulların keyfiyyətinə müsbət təsir  edəcəyini vurğulayıb.

Qeyd edək ki, “EL METAL” MMC armatur istehsalı zavodu “EL Holdinq”in şirkətlər qrupundan biridir. “EL METAL” MMC armatur istehsalı zavodu 2004-cü ilin aprel ayından fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək armatur və qəliblər hazırlanır.

“EL METAL” MMC metal qırıntılarının tədarükü, əritmə, armatur istehsalı, zavodu oksigenlə təmin etmək üçün oksigen sexlərindən və nəqliyyat, tikinti köməkçi sahələrindən ibarətdir.Zavodun istehsal gücü  ayda 660 ton, illik 7,920 ton təşkil edir.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Ноябрь
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com