Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Gəncə avtomobil zavodunda ISO 9001 standartının tətbiqi üzrə yeni layihə

PDFПечатьE-mail

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na dəstək vermək məqsədilə Keyfiyyət Assosiasiyası tərəfindən 06.01.2015 tarixindən yeni layihənin həyata keçirilməsinə başlanılıb.

Bu layihə çərçivəsində ölkəmizin dövlət və özəl sektorunda fəaliyyət göstərən müəssisələrə beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

 Bununla əlaqədar olaraq 23 aprel 2015-ci il tarixində “Keyfiyyət Assosiasiyasi” İB ilə “Gəncə avtomobil zavodu” İB  arasında  sözügedən zavodun fəaliyyət sahəsinə və tələblərinə uyğun olaraq idarəetmənin yaxşılaşdırılması məqsədilə beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin, daxili auditlərin təşkili və keçirilməsinə dair  əməkdaşlıq müqaviləsi imzalanıb.

Fazalar üzrə altı ay müddətinə  nəzərdə tutulan layihənin uğurla başa çatması üçün Assosiasiyanın peşəkar mütəxəssisləri tərəfindən müvafiq tədbirlər planı işlənib. 

Bu barədə məlumat verən Keyfiyyət Assosiasiyası İB-nin sədri S. Novruzlu təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihədən danışıb.

S. Novruzlu icrasına 20 may 2015 -ci il tarixində başlanılan layihə çərçivəsində “Gəncə avtomobil zavodunda ISO 9001:2008 beynəlxalq standartının tətbiqi, keyfiyyəti idarəetmə sisteminin qurulması üçün praktiki məsləhətlərin verilməsi, həmçinin zavod əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi,  bununla bağlı görüləcək işlər barədə məlumat verib.

Assosiasiya sədrinin sözlərinə görə, ISO 9001:2008 beynəlxalq standartı istehsal olunan məhsulun keyfiyyətinə təsir edə biləcək bütün elementləri və prosesləri nəzərdə tutur, həmin proseslərə ayrıca nəzarət tələb edir. Bu standartın tələbləri ödənildikdən və sözügedən müəssisədə qurulan keyfiyyəti idarəetmə sistemi lazımi səviyyəyə çatdıqdan sonra sistemin effektivliyinin yoxlanılması üçün dünyanın tanınmış şirkətlərinə müraciət olunacaq.

 Qeyd edək ki,  Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, lakin SSRİ-nin süqutu nəticəsində inşası yarımçıq qalan Gəncə Avtomobil Zavodu yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra fəaliyyətə başlayıb. 2004-cü ilin dekabr ayında kiçik tutumlu avtomobillərin istehsalına başlayan müəssisə sonralar Belarus Respublikasının “Belarus” traktor zavodu, Almaniyanın “Haller” şirkəti ilə əlaqələr qurub. Ötən müddət ərzində zavod “OKA” avtomobillərinin, müxtəlif markalı traktorların, eləcə də “MAZ” markalı avtomobillərin, ekskavator, asfaltkəsən, qartəmizləyən, avtokran, traktor qoşqusu və məişət tullantılarını yığan avtomaşınların istehsalını mənimsəyib.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Сентябрь
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com