Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

IFOAM

Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) tərəfindən işlənib hazırlanmış standartlardır. 

Bu standartlar ekoloji təmiz idarəetmə sisteminə malik olan istehsalçıların ISO 9001(Keyfiyyəti idarəetmə sistemləri modeli), SQF 2000 (Təhlükəsiz və keyfiyyətli qida) və ISO 14001 (Ətraf mühiti idarəetmə sistemləri)  kimi   beynəlxalq standartlarda istifadə edilən plan, yoxlama və şərhlərə əsaslanan tələbləri özündə cəmləşdirir.

IFOAM standartları bitkiçilik bitkilərin seçilməsi də daxil olmaqla, heyvandarlıq ( o cümlədən, arıçılıq) suvarma, yabani bitkilərin toplanması  və vəhşi heyvanların saxlanılması sistemi, işlənmə və emaletmə sistemi, markalanma və sosial ədalət   daxil olmaqla ekoloji təmiz idarəetmə sisteminin geniş sahələrini əhatə edir.

Ekoloji təmiz  kənd təsərrüfatının əsas prinsipləri IFOAM-ın standartlarında belə ifadə olunur (IFOAM, 1992):

  • lazımi miqdarda, yüksək keyfiyyətli ərzaq məhsulları istehsal etmək;
  • təbii sistemlərlə faydalı, üzvi və qarşılıqlı əlaqədə olmaq;
  • kənd təsərrüfatı praktikasında mikroorqanizmlər, torpaq, flora və faunanın, bitki və heyvanların qarşılıqlı əlaqələndirilməsi yolu ilə bioloji dövranı canlandırmaq və onu gücləndirmək;
  • torpaq münbitliyini uzun müddət qoruyub saxlamaq və artırmaq;
  • mümkün qədər yerli kənd təsərrüfatı sistemlərində bərpa olunan ehtiyatlardan istifadə etmək;
  • mümkün qədər qapalı sistemlərdə üzvi maddələrə və qida elementlərinə qayğı ilə yanaşmaq;
  • kənd təsərrüfatı fəaliyyəti nəticəsində çirklənməni minimuma endirmək;
  • bitkiləri və yabanı canlıları qorumaqla kənd təsərrüfatı sisteminin və ətraf mühitin genetik rəngarəngliyini saxlamaq;
  • kənd təsərrüfatı sisteminin geniş sosial və ekoloji təsirini qəbul etmək və ekoloji təfəkkürü inkişaf etdirmək.

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com