Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
TESCO NURTURE İngiltərənin ən böyük supermarket zənciri olana TESCO tərəfindən meyvə və tərəvəz tədarükçüləri üçün hazırlanmış standartdır.
Bu standartda ətraf mühitin qorunması məsələlərinə xüsusi onəm verilir.
Eyni zamanda meyvə və tərəvəz istehsalı zamanı istifadə olunan dərmanların tətbiqi və saxlanması qaydaları, TESCO tərəfindən təsdiqlənmiş dərmanlarından istifadə, tullantıların məhv edilməsi, gübrələrin istifadə, eləcə də, təhlükələrin müəyyən edilməsi, qəza və fövqəladə vəziyyətlərə hazırlıq, risklərin analizi və sağlamlığın qorunması üzrə tələblər öz əksini tapıb.
TESCO sertifikatı məhsul istehsalının hər mərhələsinə nəzarət edildiyini, ətraf mühit və insan saglamlığına önəm verildiyini, TESCO tərəfindən icazə verilmiş dərmanlardan istifadə edildiyini təsdiqləyir.