Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Koşer

 Koşer  (və yaxud qədim sefard dilində kaşer ) ibranicədən təcrümədə “yararlı” mənasını ifadə edir.  Kaşrut qanunlarıda (Qalaxi-qədim yəhudi qanunlarına uyğunluğu göstərən ritual qaydalar sistemi  ) məhsulların hansının yəhudilər üçün yararlı olduğunu göstərilib. Qədim yəhudi mənbələrinə görə bu qanunlar Allah tərəfindən yəhudi xalqına hədiyyə edilib.

 Tovratda yəhudi xalqı üçün “yararlı” qidalar və bu qidalardan istifadə qaydaları dəqiq göstərilib.

 Kaşrut prinsipləri

 Kaşrut qanunların görə yəhudilərə  cütdirnaqlı və gövşəyən heyvanların ətini yemeyə icazə verilir (Kaşrut qanunlarına görə donuz  ətindən istifadə qadağandir).

 Bundan başqa pullu  və uzgəci olan balıqlardan yeməkdə istifadə etmək olar, mollyusk və xərçəngkimilərin istifadəsi qadagandır.

 Bibliyada  yeməkdə istifadə ediməsi qadağan olunmuş quşların siyahısı verilib. Kaşrut qanunlarına görə, dördayaqlı heyvanlar və quşlar  müvafiq rituallar əsasında  xüsusi hazırlanmış şəxs tərəfindən kəsilməlidir. Burada əsas məsələ kəsilən heyvanın qanının tam axıdılmasıdır.

 Kaşrut qanunlarında göstərilir ki, ət və ət məhsullarını süd və süd məhsulları ilə birlikdə nəinki yemək, hətta sözügedən məhsullar üçün nəzərdə tutulan qablarda hazırlamaq olmaz.

 Yəhudilərin dini bayramı olan pasxa zamanı qıcqırma yolu alınmış kvasdan istifadəyə icazə verilmir.  Tovratda alkoqollu ickilərin içilməsi məqbul sayılır. Lakin bu içkilərin yalnız yəhudi şəxs tərəfindən hazırlanmasina icazə verilir.

 Qeyd etmək lazımdır ki, yəhudi icmasında Kaşrut prinsiplərinə riayət olunmasına xüsusi “kaşrut şurası” tərəfindən nəzarət edilir.

 Bu şura kəsim prosesini yerinə yetirən şəxsləri təsdiqləyir və onların fəaliyyətinə nəzarət edir, həmçinin koşer məhsullarını satan mağazalara lesenziya verir.

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com