Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

“Det.Al Alüminium”MMC-də ISO 9001, ISO14001 və OHSAS 18001 standartının tətbiqi üzrə yeni layihə

PDFПечатьE-mail

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda göstərilən sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara standartların və sertifikatların tətbiqi sahəsində dəstək verilməsi məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 06.01.2015-ci   il ildən etibarən yeni layihə həyata keçirilir. Bu layihə çərçivəsində dövlət və özəl sektorunda fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sistemlərinin qurulması, mövcud sistemlərin təkmilləşdirilməsi  üzrə işlər uğurla davam etdirilir.

 Assosiasiyası tərəfindən Dövlət Proqramı”nda göstərilən vəzifələrin yerinə yetirilməsi, həmçinin yerli müəssisələrimizin fəaliyyətinin dəstəklənməsi məqsədilə ölkəmizin əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən biri olan“Det.Al Alüminium”MMC-də ISO 9001, ISO14001 və OHSAS 18001 standartının artıq tətbiqinə başlanılıb.

 Hazırda sözügedən müəssisədə yuxarıda qeyd olunan beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətləri göstərilir, həmçinin idarəetmənin yaxşılaşdırılması üçün müvafiq işlər görülür.Bu barədə Keyfiyyət Assosiasiyası İB-nin sədri S. Novruzlu məlumat verib.

S.Novruzlu 2015-ci ildən həyata keçirilən layihə çərçivəsində“Det.Al Alüminium”MMC-də ISO 9001, ISO 14001 və OHSAS 18001standartının tətbiqi ilə bağlı görüləcək işlər barədə məlumat verib.

Assosiasiya sədrinin sözlərinə görə, yuxarıda qeyd olunan beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulması istehsal olunan məhsulların keyfiyyətinə təsir edə biləcək bütün elementləri və prosesləri nəzərdə tutur, həmin proseslərə ayrıca nəzarət tələb edir. Bu standartların tələbləri ödənildikdən və sözügedən müəssisədə qurulan keyfiyyəti idarəetmə sistemi lazımi səviyyəyə çatdıqdan sonra sistemin effektivliyinin yoxlanılması üçün dünyanın tanınmış şirkətlərinə müraciət olunacaq.

 Qeyd edək ki, “DET-AL Alüminium” MMC  ölkəmizin əlvan metallurgiya sənayesinin aparıcı şirkətlərindən biridir.Şirkətin  təməli 2008-ci ilin martında Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. 

“DET-AL Alüminium” MMC-də  dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulmuşdur. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Сентябрь
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com