Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

ISO 9001:2015 standartının ali təhsil müəssisələrində tətbiqi

2000-ci ildə Helsinki şəhərində Bolonya prosesi ölkələri tərəfindən təsis edilən ENQA (European Network for Quality Assurance in Higher Education - Keyfiyyətin Təmin Edilməsi üzrə Avropa Şəbəkəsi) təşkilatının qəbul etdiyi ESG (European Standards and Guidelines for Quality Assurance of Higher Education - Avropa ali təhsil məkanında keyfiyyətin təmin olunması üzrə standartlar və qaydalar)    adlı sənədində Ali təhsilin keyfiyyətinə aşağıda göstərilən tələblər  bəyan edilmişdir:

1.1 Keyfiyyətin təmin edilməsi  üzrə təsdiqlənmiş siyasət və prosedurlar olmalıdır;

1.2 Tədris proqramlarının monitorinqi və təkmilləşdirilməsi fasiləsiz xarakter almalıdır;

1.3 Tələbələrin qiymətləndirilməsi prosesi daim təkmilləşdirilməlidir;

1.4 Müəllim personalının keyfiyyəti təmin edilməlidir;

1.5 Tədris prosesində tələbələr zəruri resuslarla təmin edilməlidir;    

1.6 Məlumatların (tədris, davamiyyət, universitetin məzunlarına əmək bazarında tələbat, sorğuların nəticələri ) toplanılması, emalı və təhlili təmin edilməlidir;

1.7 Cəmiyyətə açıqlıq (fəaliyyət şəffaflığı) təmin edilməlidir.

   Keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbidir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Azərbaycan Respublikası 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində Boloniya prosesinə qoşulduqdan sonra Boloniya deklarasiyasının müddəalarını həyata keçirmək məqsədilə Təhsil Nazirliyinin 668 saylı, 27.09.2005-ci il tarixli əmri ilə işçi qrupu yaradılmışdır və göstərilən tələblərin tətbiqi üzrə böyük işlər görülmüşdür. Lakin işlərin səmərəliliyini və sürətini artırmaq məqsədi ilə ali təhsil müəssisələri bir alət kimi ISO 9001 beynəlxalq standartından yaralana bilərlər. ISO 9001 “Keyfiyyəti idarəetmə sistemi” sertifikatı beynəlxalq təhsil sistemindəki yeniliklərə çevik uyğunlaşmaq imkanı yaradır. Beynəlxalq standartlarla fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq imkanlarını asanlaşdırır və müqavilələr çox rahatlıqla bağlanır. Təhsil sistemində beynəlxalq təcrübənin tətbiqi həm də müsbət imicin formalaşmasına zəmin yaradır.Beynəlxalq sertifikatın əsas üstünlüklərindən biri də odur ki, idarəçilik prosesində şəffaflıq təmin edilir, neqativ halların qarşısı alınır. Bir çox sənədləşmə, daxili audit yoxlaması və bu prosesdə iştirak edən digər beynəlxalq normalara riayət olunur.

   2016-ci ilin əvvəlindən Azərbaycan Texnologiya Universitetində  standartın 2015-ci il versiyası əsasında keyfiyyətin idarəetmə sisteminin qurulması layihəsinin icrasına start verilib. Qeyd edək ki, bu layihə Azərbaycanın təhsil sistemində ISO 9001:2015 standartının ilk  tətbiq təcrübəsidir. İşlərin yerinə yetirilməsi üçün rektorun əmri ilə işçi qrupu yaradılmış və tətbiq üzrə fəaliyyətini planı təsdiq edilmişdir. Keçən müddət ərzində universitetin bütün struktur vahidlərində istifadə edilən sənədlər inventarlaşdırılıb, fəaliyyət prosesləri müəyyənləşdirilib və təsvir edilmişdir (bax cədvəl 1).

Fəaliyyət proseslərinin siyahısı

Cədvəl 1

s.s.

Prosesin adı

Prosesin kodu

1.

Strateji planlaşdırma prosesi

ATU/PMK/01

2.

Rəhbərlik tərəfindən KİS-nin təhlili prosesi

ATU/PMK/02

3.

Daxili audit prosesi

ATU/PMK/03

4.

Tədris prosesinin təşkili

ATU/PMK/04

5.

Bakalavr hazırlığı prosesi

ATU/PMK/05

6.

Magistr hazırlığı prosesi

ATU/PMK/06

7.

Fəlsəfə doktoru hazırlığı prosesi

ATU/PMK/07

8.

Elmlər doktoru hazırlığı prosesi

ATU/PMK/08

9.

Tərbiyə və tədrisdən kənar işin təşkili prosesi

ATU/PMK/09

10.

Elmi-tədqiqat işlərinin təşkili prosesi

ATU/PMK/10

11.

Maddi-texniki təminat işlərinin təşkili

ATU/PMK/11

12.

Kadr təminatı prosesi

ATU/PMK/12

13.

Kadrların təkmilləşdirilməsi prosesi

ATU/PMK/13

14.

Sorğuların keçirilməsi prosesi

ATU/PMK/14

15.

Düzəldici fəaliyyətlərin idarəedilməsi prosesi

ATU/PMK/15

16.

Risklərin idarəedilməsi prosesi

ATU/PMK/16

 

      Əvvəlki versiyalardan fərqli olaraq ISO 9001:2015 standartı təşkilat və müəssisələrdən fəaliyyət göstərdikləri daxili və kənar mühiti, mövcud və gələcəkdə ona təsir edən amillərin nəzərə alınmasını və marağlı tərəflərin müəyyən edilməsini  tələb edir. ATU-nun Marketing kafedrası tərəfindən universitetin 2016-2020-ci illər üzrə inkişafının strateji planı hazırlanıb və müzakirəyə təqdim olunub. Bu plan ISO 9001 standartının əsas tələblərindən biri olan keyfiyyət üzrə illik hədəflərinin düzgün müəyyən edilməsinə real zəmin yaradır.

     ISO 9001 standartının əsas hədəflərindən biri müəssisənin fəaliyyətinin müştərilərin istək və tələbləri üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. Məhz, bu səbəbdəndir ki, standartda “müştəri məmnunluğu” əsas tələb kimi irəli sürülür və bütün əməliyyatlarda bu məsələyə diqqət yönəldilir. Bununla əlaqədar olaraq 2016-cı ilin mart ayında universitetin magistrantura və bakalavr hazırlığı üzrə I və II kurs tələbələri arasında “Universitet tələbənin gözü ilə” sorğusu keçirilmişdir. Tələbələrdən aşağıdakı sualların cavablandırıması xahiş olunurdu (bax cədvəl 2):

Sorğu anketinin sualları

Cədvəl 2

1.

İmtahan prosesinin keçirilməsi qaydaları biliklərinizin düzgün qiymətləndirilməsini təmin edirmi ?

2.

Müəllimlər tədris etdikləri fənnlərə qarşı Sizdə maraq oyada bilirlərmi ?

3.

Müəllimləriniz Sizin müvəffəqiyətlərinizdə marağlıdırlarmı ?

4.

ATU-da tədris ədəbiyyatı (kitablar və s.) ilə özünüzü yetərincə təmin edə bilirsinizmi ?

5.

ATU-da kompüter və internet imkanları Sizin məşqələlərə hazırlıq istəklərinizi qarşılayırmı ?

6.

Laborator/təcrübə məşqələləri keçirilən auditoriyalar zəruri avadanlıqlarla təmin edilibmi ?

7.

Sizin fikrinizcə, tədris prosesində öyrənilən fənnlərin məntiqi ardıcıllıqı gözlənilirmi ?

8.

Mühazirə mövzularının açılma dərinliyi və izah səviyyəsi Sizi qane edirmi ?

9.

Şansınız olsa idi,yenidən oxuduqunuz ixtisası seçərdinizmi ?

10.

Yaranan problem və suallarınızı dekanlığınız operativ həll edə bilirmi ?

 

Sorğunun nəticələri üzrə ən yüksək göstəricilər 1-ci və 9-cu suallar (müvagiq olaraq 67,5 % və 69,9%)  üzrə olmuşdur. Ən aşağı göstəricilər isə 4-cü, 5-ci və 6-cı sualları (müvafiq olaraq 17,3%; 21,4% və 18,3 %). Sorqunun nəticələri   Azərbaycan Texnologiya Universitetində 07 aprel 2016 cı il tarixində keçirilmiş Elmi Şuraya təqdim edilmişdir. Yaxın gələcəkdə univerisitetin müəllimləri,tələbələrin valideynləri və məzunlar işləyən müəssisə və təşkilatlar arasında da sorğuların keçirilməsi planlaşdırlır.

    Sistemin tətbiqində və davamlı fəaliyyətinin təmin edilməsində daxili auditlərin keçirilməsi zəruri amillərdəndir. Daxili audit – sistemin səmərəli işləməsinin monitoringi və yoxlanılması üçün əsas vasitələrdən biridir. Hal-hazırda ATU rektoru tərəfindən təsdiq edilmiş illik plan əsasında universitetin bütün kafedralarında və struktur bölmələrində daxili auditlərin keçirilməsi prosesinə başlanılmışdır.

    Beynəlxalq standartın tətbiqi müxtəlif növ müəssisə və təşkilatlar üçün məcburi xarakter daşımır. Lakin istər daxili bazarda, istərsə də dünya bazarında rəqabətlilik qabiliyyətinə davam gətirmək üçün standartların tətbiqi mütləqdir.

 

Şərifov Qalib Qabil oğlu

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com