Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

“East İnvest 2" Şərq Tərəfdaşlıq proqramı çərçivəsində tədbir keçirilib

“East İnvest 2” Şərq Tərəfdaşlıq proqramı çərçivəsində 6- 10 mart tarixlərində Bakıda biznesə dəstək təşkilatları, sahibkarlar və biznes assosiasiyaları üçün bir sıra işgüzar tədbirlər keçirilib. Bu tədbirlər Azərbaycan biznes assosiasiyalarını və sahibkarlığı dəstəkləyən təşkilatları ictimai-özəl sektor dialoqu layihəsində iştirak etməyə, kiçik və orta müəssisələrin inkişafına dəstək verməyə yönəldilib.

Beş gün davam etmiş bu tədbirdə biznes assosiasiyaları və sahibkarlığı dəstəkləyən təşkilatlar üçün cari texniki və maliyyə yardım proqramlarının təqdimatına yönələn, eləcə də donor təşkilatların və kiçik və orta müəssisələr arasındakı şəbəkənin qurulmasını asanlaşdıran Donor Forumu  keçirilib. Daha sonra tədbir səmərəli və davamlı dövlət və özəl sektor dialoqu və Azərbaycanda və digər Şərq Tərəfdaşlıq ölkələrində birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsinin faydalarını izah edən beynəlxalq ekspertlər ilə koalisiya və konsorsium qurulması sessiyası ilə başa çatıb.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai birliyinin sədri Samir Novruzlu iştirak edib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsdür.

33

34

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com