Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

SA 8000 Sosial Məsuliyyət standartı üzrə təlim keçirilib

3-4 may tarixlərində Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli müəssisələrimiz üçün SA 8000 Sosial Məsuliyyət standartı üzrə  təlim keçirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin  (USAID) maliyyə dəstəyi və  INCERT şirkətinin təşkilatçılığı ilə keçirilən təlimdə Binə AQRO, KASLAR, AZ-Granata, Mars FK, Aqroterm, PMD Grup, Quba Tingçilik,  Aznar, AqroKristal, INCERT şirkətlərinin əməkdaşları və ASAP layihəsinin nümayəndələri iştirak ediblər. Təlimi SA 8000 üzrə tanınmış ekspert Caner Gençosmanoğlu aparıb.

Təlim zamanı  iştirakçılara SA 8000 standartının tarixi, təşkilatlara faydaları, sosial məsuliyyətin tələbləri  barədə məlumat verilib, eyni zamanda uşaq əməyindən istifadə, işçilərin məcburi şəkildə işlədilməsi, əməyin mühafizəsi və təhlükəsizliyi, kollektivdə ayrı – seçkilik, iş vaxt, əmək haqqı kimi məsələlərə toxunulub.

Mövzuların daha yaxşı qavranılması üçün müasir texnologiyanın imkanlarından, eləcə də müxtəlif interaktiv metodlardan istifadə olunub, sosial məsuliyyətlə bağlı praktiki tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

IMG-20170506-WA0002

IMG-20170506-WA0008

IMG-20170506-WA0001

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com