Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

“Beynəlxalq standartlar və xarici bazarlara çıxış” mövzusunda seminar

17-19 may  tarixində  Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2017 sərgisi keçirilib.

“Iteca Caspian” şirkətinin təşkilatçılığı  ilə keçirilən sərginin işgüzar proqramı çərçivəsində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 18 may tarixində “Beynəlxalq standartlar və xarici bazarlara çıxış” mövzusunda seminar keçirilib. Seminarda “Şirin” MMC, “Siyəzən Broyler”, “Səhliyalı”, Ulduz Şokolad fabriki, “SƏBA” şirkətlər Qrupu, Bolluq MMC , “Avrora”,Mado,“Akabe” , Atena MMC, “Nurgün” Şirkətlər Qrupu, “Keyfiyyət Assosiasiyası”, Atropatena ,“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, “TUV”, “Moody İntertek” şirkətlərinin əməkdaşları, həmçinin SMPDK nümayəndələri və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və  tələbələri iştirak edib.

Seminarı giriş sözü ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu açıb. Assosiasiyanın sədri Beynəlxalq Qida Sənayesi Sərgisinin və bu sərgi çərçivəsində keçirilən seminarın əhəmiyyətindən danışıb  və qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlar inkişaf etdikcə keyfiyyətə daha çox diqqət yetirilir. Son illər istər özəl, istərsə də dövlət müəssisələrində keyfiyyəti idarəetmə sistemlərinin, o cümlədən qida təhlükəsizliyini idarəetmə sistemlərinin tətbiqi istiqamətində təqdirə layiq işlər görülüb. S. Novruzlu çıxışı zamanı əhalinin qida məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi və  bu sahədə fəaliyyət göstərəcək peşəkar kadrların hazırlanması məsələlərinə toxunub.

Daha sonra Herba Flora şirkətinin pərakəndə bazarı üzrə marketinq şöbəsinin müdiri Famil Alməmmədov  çıxış edərək xarici bazarlara çıxmaq istəyən şirkətlərin izləyəcəyi strategiya barəsində tədbir iştirakçılarına məlumat verib.  Ekspert xarici ölkələrə ixracın  təşkili, effektiv satışın həyata keçirilməsi üçün xarici bazarların araşdırılması, həmçinin uğurlu marketinq fəaliyyətinin əhəmiyyətini  vurğulayıb.

Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti  Elsevər Fərzəliyev çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla  bölüşüb.

İştirakçıların suallarını cavablandıran Elsevər Fərzəliyev belə tədbirlərin mütəxəssis və tələbələr üçün əhəmiyyətini vurğulayıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Seminarda Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin qida təhlükəsizliyi üzrə auditor, ekspert və təlimçisi Şamo Muradovun “Beynəlxalq standartlar və xarici bazarlara çıxış”  mövzusunda təqdimat-məruzəsi dinlənilib.

Ekspert beynəlxalq qida təhlükəsizliyi standartları, Avropa Birliyinin əsas qida qanunları və qida qatqıları barədə iştirakçılara məlumat verib.

Ş. Muradov çıxışı zamanı qida təhlükəsizliyinin təmin edilməsinin milli genefondun qorunmasında və sağlam nəslin yetişdirilməsində vacibliyini, qida məhsullarının istehsalının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və bütövlükdə keyfiyyət infrastrukturunun inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Seminarda  sözügedən mövzular ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

IMG_7862

IMG_7881

IMG_7892

IMG_7872

IMG_7910

IMG_7937

IMG_7926

IMG_7896

IMG_7972

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com