Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

“Azərsu” ASC-də ISO 9001:2015 standartı üzrə təlim keçirilib

24-26 oktyabr 2017-ci il tarixində “AZERSU” ASC-də ISO 9001:2015, ISO 29990:2010, ISO 10015 :1999 standartlarının tətbiqi layihəsi çərçivəsində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi  tərəfindən ISO 9001:2015 standartı üzrə növbəti təlim keçirilib. 

ASC-nin İnsan  Resursları struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi təlimdə ISO 9001:2008 ilə ISO 9001:2015 versiyası arasındakı fərqlər, bu standartların struktur müqayisəsi, ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun  qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı ətraflı məlumat verilib.

Təlim zamanı mövzuların daha yaxşı qavranılması üçün müasir texnologiyanın imkanlarından, eləcə də müxtəlif interaktiv metodlardan istifadə olunub, eyni zamanda ISO 9001:2015 standartının tətbiqi ilə bağlı  praktiki qrup çalışmaları yerinə yetirilib. Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

IMG-20171024-WA0003

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com