Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

ISO 9001:2015 standartı üzrə təlim keçirilir

12 dekabr 2017-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi  tərəfindən ISO 9001:2015 standartı üzrə növbəti təlim başlayıb. Təlimdə  “Hidro İnşaat Servis” MMC, “EL-SEYM INŞAAT” MMC, “Bismak”, “Mado”, “Azsertservis” MMC,“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iştirak edir.

Keyfiyyət Assosiasiyasının aparıcı eksperti, ISO 9001 üzrə məsləhətçi-auditor Qalib Şərifov tərəfindən aparılan təlimdə ISO 9001:2008 ilə ISO 9001:2015 versiyası arasındakı fərqlər,  ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun  qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı ətraflı məlumat veriləcək.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçiriləcək.

IMG-20171213-WA0001 IMG-20171213-WA0003

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com