Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

ISO 9001:2015 standartı üzrə təlim keçirilib

12-15 dekabr 2017-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi  tərəfindən ISO 9001:2015 “Keyfiyyəti idsarəetmə sistemləri – Tələblər” beynəlxalq standartı üzrə növbəti təlim keçirilib. Təlimdə  “Hidro İnşaat Servis” MMC, “EL-SEYM INŞAAT” MMC, “Bismak”, “Mado”, “Azsertservis” MMC,“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iştirak edib.

Keyfiyyət Assosiasiyasının aparıcı eksperti, ISO 9001 üzrə məsləhətçi-auditor Qalib Şərifov tərəfindən aparılan təlimdə  ISO standartlar seriyası, ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun  qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.

Təlim zamanı qeyd olunan mövzular üzrə  maraqlı müzakirələr aparılıb. Mövzuların daha yaxşı qavranılması üçün interaktiv metodlardan istifadə olunub,  ISO 9001 standartının tətbiqi ilə bağlı  qrup çalışmaları yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test üsulu ilə sınaqdan keçirilib.

IMG-20171214-WA0005
IMG-20171214-WA0006
IMG-20171214-WA0008
IMG-20171214-WA0009
IMG-20171214-WA0010
DSC00368

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com