![]() | Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş könüllü, özünüidarəedən, ictimai-faydalı məqsədlər aşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya sahəsinin inkişafına kömək etmək, ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onların rəqabət qabiliyyətliliyinin artırılması üçün hüquqi və fiziki şəxslərin fəaliyyətini birləşdirməkdən ibarətdir. | |
| Assosiasiya müxtəlif layihələrin və proqramların həyəta keçirilməsi məqsədilə istər öz intelektual potensialından, istərsə də dəvət edilmiş yerli və xarici mütəxəssislərin təcrübəsindən istifadə edir. Bu məqsədlə KA-nın nəzdində aşağıdakı departamentlər fəaliyyət göstərir. | ||
| Assosiasiyanın ali orqanı ildə bir dəfə çağırılan ümumi yığıncaqdır. Ümumi yığıncaqlararası dövrdə Assosiasiyanın bütün fəaliyyətinə idarə heyəti rəhbərlik edir. İdarə Heyəti 7 nəfərdən ibarətdir. Assosiasiyanın prezidenti, eyni zamanda idarə heyətinin sədridir. Hazırda KA-nın prezidenti Samir Novruzludur. O, Assosiasiyanın təsisçilərindən biri, Keyfiyyət və Menecment jurnalının Baş redaktoru, idarəetmə sistemləri və ISO standartları üzrə Beynəlxalq statuslu Auditordur. Hal-hazırda inkişafda olan Assosiasiya öz beynəlxalq əlaqələrini genişləndirərək dünyanın anoloji qurumları ilə işgüzar əlaqələr qurur. 2008-ci il may ayının 28-də Keyfiyyət Assosiasiyası İctimai Birliyi Asiya və Sakit Okean Hövzəsi Ölkələrinin Keyfiyyət Təşkilatının (APQO) İdarəetmə Şurasına qəbul edilmiş, Assosiasiyanın prezidenti Samir Novruzlu isə bu nüfuzlu beynəlxalq qurumun İdarə heyətinin üzvü seçilmişdir. | ||




