Keyfiyyət və Menecment jurnalı respublikamızda keyfiyyət və idarəetməyə dair ilk elmi-texniki və iqtisadi mətbu orqan kimi 2007-ci ilin iyul ayından nəşr edilir. Jurnalda əsasən keyfiyyət, idarəetmə, milli, regional və beynəlxalq standartlara, eyni zamanda standartlaşdırma, sertifikatlaşdırma, metrologiya ilə bağlı məlumatlara, analitik xarakterli yazılara geniş yer ayrılır. Jurnal yalnız mətbu orqanı kimi fəaliyyər göstərmir, kollektiv aparıcı alimlər və mütəxəssislərin yaxından iştirakı ilə keyfiyyət və idarəetməyə dair müxtəlif seminar və konfransların təlim-tədris proqramlarının həyata keçirilməsi istiqamətində ölkəmizin və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir. Jurnalda mütəmadi olaraq biznes sahəsində uğur qazanmış, beynəlxalq standartları tətbiq edən yerli və xarici şirkətlər barədə məlumatlara, icmallara, eləcə də reklam xarakterli materiallara da yer ayrılır. Hazırda Azərbaycanda və beynəlxalq aləmdə yuxarıda qeyd olunan sahələrdə baş verən proseslər barədə vətəndaşlara doğru, dürüst məlumatlar verən Keyfiyyət və Menecment jurnalı özünün professionallığı, sanballılığı ilə seçilən mətbu orqan kimi uğurlu fəaliyyətini davam etdirir. |
| Bizimlə əməkdaşlıq edən firma və müəssisələr Keyfiyyət və Menecment jurnalının timsalında etibarlı və peşəkar partnyor əldə etmiş olurlar.Keyfiyyət və Menecment jurnalı respublikamızda fəaliyyət göstərən dövlət və qeyri-hökümət təşkilatları, biznes strukturları, ixtisaslaşmış ticarət müəssisələri, həmçinin ali təhsil müəssisələri arasında abunə yolu ilə yayılır. |



