Xəbərlər

9 iyun - Beynəlxalq Akkreditasiya Günüdür

Beynəlxalq Akkreditasiya günü Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq (İLAC) təşkilatlarının adı ilə bağlıdır. 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində İLAC və İAF-in Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin 9 iyununun Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərara alınıb. kimi qeyd olunması qərara alınıb.

Ölkəmiz üçün akkreditasiyanın yeni təcrübə olmasına baxmayaraq, son illər bu sahənin inkişafı müəyyən irəliləyişlər müşahidə olunmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi təsis edilib.

Bu gün bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın rolu danılmazdır.

Beynəlxalq Akkreditasiya Günü bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd olunur. Bununla əlaqədar olaraq iyunun 9-da Keyfiyyət Assosiasiya İctimai Birliyinin sədri Samir Novruzlu Azərbaycan Akkreditasiya Mərkəzini ziyarət etmiş və Mərkəzin Baş direktoru Emin Zeynalov ilə görüşmuşdür. Görüşdə akkreditasiya standartları, bu sahədə mövcud qanunvericilik bazası, iki qurum arasında gələcək əməkdaşlıq perespektivləri müzakirə olunmuşdur.