Xəbərlər

Xəbərlər

“Keyfiyyət Assosiasiyası” tərəfindən “ELAT KƏNDLİ-FERMER TƏSƏRRÜFATI” MMC-də ISO 22000:2018 beynəlxalq standartının tətbiqinə dair məsləhət layihəsi çərçivəsində şirkətin struktur bölmələrinin əməkdaşları üçün sözügedən standart üzrə təlim keçirilib.

Təlim zamanı iştirakçılara qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, ISO 22000 standartının tələbləri, standartın hazırkı versiyası ilə 2005-ci il versiyası arasındakı fərqlər, qida təhlükəsizliyi idarəetmə sistemi, qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiq sahəsi, qida təhlükəsizlyi üzrə siyasət, təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər, planlaşdırma, risk və imkanlar, qida təhlükəsizliyi idarəetmə sisteminin məqsədləri, sənədləşdirilmiş informasiya, ilkin şərtlər proqramı, izlənə bilmə, fövqaladə vəziyyətlərə hazırlıq və onlara reaksiya verilməsi, təhlükənin idarə edilməsi, təhlükənin idarə edilməsi planı (HACCP/OPRP planı), verifikasiya və validasiya, geri çəkmə/geri çağırma, uyğunsuzluq və düzəldici fəaliyyət, davamlı yaxşılaşdırma barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb, həmçinin qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib.