Məsləhət

İT sektoru

Qlobal bazarın genişləndiyi bir dövrdə informasiya texnologiyaları sektoru da durmadan böyüyür. İnsanların internetə çıxış imkanlarının artması və informasiya texnologiyalarından istifadənin yüksəlməsi İT sektorunu təmsil edən müəssisə və təşkilatların təqdim etdiyi xidmətlərin keyfiyyətinin də artmasını labüd edir.

Bunu nəzərə alan beynəlxalq təşkilatlar İT sektoruna yönəlik bir sıra beynəlxalq standartları işləyib hazırlamışlar. Bu standartlar informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların fəaliyyətinin effektivliyinin artırılmasına yönəlib. Son zamanlar öllkəmizdə də informasiya texnologiyaları sektorunun inkişafını nəzərə alan Assosiasiyamız bu sektora yönəlik beynəlxalq standartların təbliği və yerli İT müəssisələrində tətbiqinin təşviq edilməsini qarşısına məqsəd qoymuşdur. Təşkilatımız adı çəkilən sektoru təmsil edən müəssisələrə aşağıdakı beynəlxalq standartların tətbiqi üzrə məsləhət xidmətlərini təklif edir:

  • ISO/IEC 20000-1:2018 beynəlxalq standartı

    ISO/IEC 20000-1:2018 beynəlxalq standartı

    Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və cəmiyyətin müxtəlif sahələrində texniki proqram komplekslərinin tətbiqi onların səmərəli və effektiv idarə edilməsi məsələlərini ortaya qoyur.

    Daha ətraflı
  • ISO/IEC 27001:2013 beynəlxalq standartı

    ISO/IEC 27001:2013 beynəlxalq standartı

    Dünyada hər gün iş qəzalarından və ya peşə xəstəliklərindən minlərlə insan vəfat edir, on minlərlə insan şikəst olur. Həm işəgötürənlər, həm də bütövlükdə iqtisadiyyat üçün peşə yaralanmaları və xəstəliklər ciddi problemlər yaradır ki, bu da erkən pensiyaya çıxma, və sığorta haqlarının yüksəldilməsinə gətirib çıxaran itkilərə səbəb olur.

    Daha ətraflı
  • ISO 9001:2015 beynəlxalq standartı

    ISO 9001:2015 beynəlxalq standartı

    ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

    Daha ətraflı
  • ISO 14001: 2015 Beynəlxalq standartı

    ISO 14001: 2015 Beynəlxalq standartı

    ISO 14001: 2015 təşkilatın ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 207 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb. ISO 14001: 2015 təşkilatların resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasına, eyni zamanda rəqabət üstünlükləri əldə etməsinə və maraqlı tərəflərin inam və etibarını qazanmasına kömək edir.

    Daha ətraflı