Standartlar

Global GAP Akvamədəniyyyət

Son illər dünyada su hövzələrində bioresursların, o cümlədən balıq ehtiyatlarının kəskin azalması, hətta bəzi növlərin yox olması müşahidə olunur. Bunun əsas səbəbləri dəniz və okean suları və onlara tökülən çaylarda antropogen təsirin artması, bioresursların ovunun düzgün təşkil edilməməsi, qəbul edilən konvensiyalara əməl olunmamasıdır.

Bu amil müasir dövrdə dayanıqlı akvakultura sahəsinin inkişafına imkan verən yeni standartların tətbiqini zəruri etmişdir.

Global Gap IFA – akvakultura standartı da məhz balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi qaydalarını məyyən həmçinin istehlakçıların akvakultura məhsullarında təhlükəsiz istifadəsini təmin etmək məqsədilə məqsədilə işlənmişdir.

Global Gap IFA standartında əsas diqqət kənd təsərrüfatı istehsalçılarının təhlükəsizliyinin təmin edilməsi və onların rifah halının yüksəldilməsi, məhsulların izlənməsi, kimyəvi maddələrin və dərman vasitələrinin istifadəsinin azaldılması, heyvanların qorunması, resusrlardan effektiv istifadə edilməsi, ətraf mühitin mühafizəsi, yerli və beynəlxalq qaydalara riayət edilməsi məsələrinə yönəldilir.

Standart balıqlar, xərçəngkimilər və onurğasız heyvanların (mollyusklar) istehsalının bütün mərhələlərini əhatə edir.

Tərəfdaşlar