Global G.A.P. - Bitkiçilik
Global G.A.P. İnteqrasiya Olunmuş Ferma Təminatı (IFA) Standartı ümumi qaydalardan və Nəzarət Nöqtələri və Uyğunluq Meyarlarından (CPCC) ibarətdir.
Global G.A.P. IFA CPCC-nin modulları bunlardır:
1. Bütün Ferma Modulu: Bu modul bütün istehsal sahələri üçün keçərlidir və istehsalçı sertifikat alması üçün bu modulun tələblərini yerinə yetirməlidir.
2. Ümumi modul: Bu modul qida məhsulları istehsalının müxtəlif sektorlarına əsaslanan dəqiq meyarlardan ibarətdir. O, bitkiçilik, heyvandarlıq və akvakultura sahələrini əhatə edir.
3. Xüsusi modul: Nəzarət nöqtələri və uyğunluq meyarları (CPCC) konkret məhsula və ya qida məhsulları istehsalının və tədarük zəncirinin müxtəlif aspektləri üzrə bütün tələbləri əhatə edir.

Global G.A.P. standartı bitki və bitkiçilik məhsullarının yetişdirilmәsi, tədarükü, satışı, saxlanması və daşınması, onun keyfiyyәt vә texniki tәlәblәrә uyğunluğu tәmin edәn nəzarət sistemini, eləcə də bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılması qaydalarını müəyyən edir.
Bu qaydalar ümumi “Bitkiçilik” modulu çərçivəsində aşağıda göstərilən bütün xüsusi modulları əhatə edir:
- “meyvə və tərəvəz”
- “çiçək və dekorativ bitkilər”
- “əkiləcək/toxumluq material”
- “maşınla yığılan məhsul”
- “çay”