Məsləhət

ISO 21001:2018
beynəlxalq standartı

Elm və təhsil sektorunun spesefikliyini nəzərə alaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) yeni seriyalı standartın işlənib hazırlanmasına qərar vermiş və 2018-ci ildə ISO 21001:2018. "Təhsil təşkilatları - Təhsil təşkilatları üçün idarəetmə sistemləri - İstifadə üçün rəhbəredici göstərişlərlə birlikdə tələblər" beynəlxalq standarını nəşr etmişdir. Bu standart fəaliyyəti ancaq təhsil məhsullarının istehsalıyla məşğul olan təşkilatlar xaric, növündən və ölçüsündən asılı olmayaraq bütün təhsil təşkilatları tərəfindən tətbiq edilə bilər. Bununla yanaşı əsas fəaliyyəti təhsillə bağlı olmayan müəssisələrin təlim departamentləri də bu beynəlxalq standartı tətbiq edə bilər.

Bu beynəlxalq standartı tətbiq edə bilən təhsil təşkilatlarının bir qismi aşağıda verilmişdir:
  • Məktəbəqədər təhsil müəssisələri;
  • Orta və tam orta məktəblər;
  • Peşə-ixtisas müəssisələri;
  • Universitetlər;
  • Kurslar;
  • Təlim şirkətləri;
  • Şirkət daxilindəki təhsil departamentləri;
  • Qeyri-formal təhsil xidmətləri üzrə tədarükçülər və s.

ISO 21001:2018 beynəlxalq standartının tətbiqinin müəssisə üçün faydaları:
  • Tələbə (şagird və iştirakçılar) və digər benefisiarların ehtiyac və gözləntilərinə cavab verən xidmət keyfiyyətinin təmin edilməsi;
  • Tələbələrə (şagird və iştirakçılara) fərdi yanaşmanın tətbiq edilməsi;
  • Müəssisəyə olan etibarın artması;
  • Davamlı yaxşılaşdırma və innovasiyaların tətbiqinin stimullaşdırılması;
  • Bazardakı rəqiblərə qarşı bir üstünlük olması və s.

ISO 21001:2018 standartı ilə birlikdə təhsil təşkilatlarında tətbiq edilə biləcək bir sıra standartlar:
  • ISO29993:2017. Formal təhsilə aid olmayan tədris xidmətləri – Xidmət üzrə tələblər
  • ISO 29991:2014. Formal təhsilə aid olmayan dil tədrisi xidmətləri – Tələblər
  • ISO29994. Formal təhsilə aid olmayan tədris xidmətləri – Distans təhsilə üzrə əlavə tələblər (hazırlanma mərhələsində).

Yuxarıdakı standartlarla gəlkəcəkdə tətbiq edilə biləcək bəzi standartlar:
  • ISO 29992. Tədris xidmətlərinin nəticələrinin qiymətləndirilməsi – Rəhbəredici göstərişlər (hazırlıq mərhələsində).
  • ISO 29995. Formal təhsilə aid olmayan tədris xidmətləri – Terminologiya (hazırlıq mərhələsində).