ISO 29993:2017. Formal təhsildən kənar öyrənmə xidmətləri – Xidmətə olan tələblər
ISO 29993:2017 beynəlxalq standartı ömürboyu təhsilin (məsələn, peşəkar təhsil, müəssisədə və ya evdə təhsil) bütün növləri də daxil olmaqla formal təhsil xaricində olan tədris xidmətlərinə dair tələblər müəyyən edir.
Bu xidmətlərə tədris xidmətlərinin tədarükçüləri tərəfindən təqdim olunaraq öyrənənlərin özünə ünvanlanmış, həmçinin öyrənənlər adından xidmətlər alan sponsorların əldə etdiyi istənilən təlim xidmətləri aiddir.
Belə xidmətlərin əsas xüsusiyyətlərini təlim məqsədlərinin müəyyən edilməsi, xidmətlərin qiymətləndirilməsi və təhsil alanlarla qarşılıqlı əlaqənin qurulması təşkil edir.
Qeyd olunmalıdır ki, təhsil həm onlayn formada, həm texnologiyaların köməyi ilə həyata keçirilə, həm də hər kisini birləşdirə bilər.

Təlim xidmətlərinin tədarükçüləri təlim xidmətlərinə əlavə olaraq məhsullar (mal və xidmətlər kimi) təmin edən bir təşkilatın bir hissəsi olduğu hallarda, bu standart yalnız təlim xidmətlərinə tətbiq olunur.
ISO 29993:2017 formal təhsil sistemi daxilində təhsil xidmətləri göstərən məktəblər, kolleclər və universitetlər üçün nəzərdə tutulmayıb, buna baxmayaraq özünü qiymətləndirmə vasitəsi kimi onlar üçün faydalı ola bilər.