Təlimlər

ISO/IEC 17025:2017. "Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" təlimi

Müasir dövrdə laboratoriyalarda idarəetmə sistemlərinin beynəlxalq standartların tələbləri əsasında qurulması tendensiyası getdikcə güclənməkdədir. Məhz bu tendensiyanı nəzərə alaraq ISO və IEC təşkilatları tərəfindən ISO/IEC 17025:2017. "Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" beynəlxalq standartı islənib hazırlanmışdır.

Bu beynəlxalq standart laboratoriyalara işçilərinin səriştəliliyini və müştərilərinə etibarlı nəticələr təqdim etmələrini nümayiş etdirməyə imkan verir. Bununla yanaşı ISO/IEC 17025 beynəlxalq standartı fəaliyyət nəticələrinin ölkələr arasında tanınmasının və qəbul edilməsinin təmin edilməsi yolu ilə laboratoriyalar və digər təşkilatlar arasında əməkdaşlığı təşviq edir. Sınaq protokolları və sertifikatlar əlavə sınaqlara ehtiyac olmadan qəbul edilir ki, bu da öz növbəsində ölkələr arasında beynəlxalq ticarətin asanlaşmasına xidmət edir. Standart ölçüsündən və işçi heyətinin sayından asılı olmayaraq, laboratoriya fəaliyyətilə məşğul olan bütün təşkilatlar tərəfindən tətbiq edilə bilər. ISO/IEC 17025 beynəlxalq standartına görə sertifikatlaşdırılmaq istəyən laboratoriyaların işçiləri adı çəkilən standart üzrə təlimlərdən keçməlidir.

Image description
Sertifikatını yoxla









400
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçıları ISO/IEC 17025 beynəlxalq standartının yeni 2017-ci il versiyası haqqında məlumatlandırmaq, əvvəlki və son versiyalar arasındakı və onların tətbiqindəki fərqləri çatdırmaq və yeni standartın maddələrinin düzgün başa düşülməsi üçün şərh vermək

Təlimin müddəti:
2 gün / 14 saat

İştirakçılar:

  • Laboratoriya müdirləri
  • Texniklər və laboratoriyanın işçi heyəti
  • Laboratoriyanın auditi üzrə daxili auditor olmaq istəyənlər
  • Bu sahə ilə maraqlanan şəxslər.

Təlimdə nəyi öyrənəcəksiniz:

  • ISO/IEC 17025:2017-də yer alan dəyişiklikləri;
  • ISO/IEC 17025:2017-in strukturu, tətbiq sahəsi və tətbiqini;
  • ISO/IEC 17025:2017 beynəlxalq standartının bütün maddələrinin tələblərini.

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Giriş

Tətbiq sahəsi

Terminlər və təriflər

ISO/IEC 17025 standartının yeni versiyasının müasir reallıqlar ilə uzlaşdırılması.

Maddə 4. Ümumi tələblər

  • Qərəzsizlik
  • Məxfilik

Maddə 5. Struktura olan tələblər

Maddə 6. Resurslara olan tələblər

  • Ümumi tələblər
  • İşçi heyət
  • Yerlər və mühit
  • Avadanlıqlar
  • Metroloji izlənilə bilmə
  • Kənardan tədarük edilən məhsul və xidmətlər

Maddə 7. Prosesə olan tləblər

  • Sorğu, tender və müqavilələrin nəzərdə keçirilməsi
  • Metodların seçilməsi, verifikasiyası və validasiyası
  • Nümunələrin seçilməsi
  • Sınaq və kalibrləmə obyektlərilə rəftar
  • Texniki qeydlər
  • Ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi
  • Nəticələrin etibarlılığının təmin edilməsi
  • Nəticələrə dair hesabatın təqdim edilməsi
  • Şikayətlər
  • Uyğun olmayan iş
  • Verilənlər və informasiyanın idarə edilməsi

Maddə 8. İdarəetmə sisteminə olan tələblər

  • Variantlar
  • İdarəetmə sisteminin sənədləşdirilməsi
  • İdarəetmə sistemi sənədlərinin idarə edilməsi
  • Qeydlərin idarə edilməsi
  • Risk və imkanlara yönəlik fəaliyyətlər
  • Yaxşılaşdırma
  • Düzəldici fəaliyyətlər
  • Daxili audit
  • Rəhbərlik tərəfindən təhlil

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

ISO/IEC 17025:2017. "Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" təlimi

Qeydiyyat

KA Ofisi

Azərbaycanca

400

ISO/IEC 17025:2017. "Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" təlimi

Qeydiyyat

KA Ofisi

Azərbaycanca

400

ISO/IEC 17025:2017. "Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər" təlimi

Qeydiyyat

400

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Keyfiyyətə Nəzarət prosesi təlimi

Qeydiyyat

KA ofisi

Azərbaycan

400

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Tərəfdaşlar