Təlimlər

Keyfiyyətə Nəzarət prosesi təlimi

Keyfiyyət gördüyümüz işdən daha önəmlidir. Keyfiyyətsiz təşkil edilən işin və istehsalın özümüzə də, ətrafımıza da ziyanla nəticələnməsi qaçınılmazdır!

21 saatlıq “Keyfiyyət Nəzarətçisi Yetişdirmə Proqramı” vasitəsilə siz aşağıdakı suallarınıza nəzəri və praktiki olaraq cavab tapacaqsınız:

- Keyfiyyət nəzarətçisi kimdir?
- Vəzifə və funksiyaları nələrdir?
- Keyfiyyəti necə müəyyən etməliyik?
- Keyfiyyəti necə təyin etməliyik?
- Keyfiyyəti necə planlaşdırmalıyıq?
- Keyfiyyəti necə öçməli və necə qiymətləndirməliyik?
- Keyfiyyətə nəzarəti necə etməliyik?
- Bunun üçün tələb olunan iş ardıcıllığı necədir?
- Hansı sənədlər tələb olunur?
- Bu sənədlər necə hazırlanır?


  • Ətraflı Məlumat və Qeydiyyat üçün birbaşa 055 215 09 23 nömrəmiz ilə əlaqə saxlayın!
Image description
Sertifikatını yoxla









400

Təlimin məqsədi:

Keyfiyyətə nəzarət, keyfiyyətə nəzarətin idarəetmə strukturundakı yeri və rolu, onun məqsədi, vəzifələri, tətbiq sahəsi, digər proseslərlə qarşılıqlı əlaqəsi, keyfiyyətə nəzarətin həyata keçirilməsinə dair iştirakçıların nəzəri biliklər qazanması və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaqdır.

Təlimin müddəti: 3 gün / 21 saat

İştirakçılar:.

  • Keyfiyyətə nəzarət işçiləri, keyfiyyət üzrə mütəxəssislər, keyfiyyət mühəndisləri, keyfiyyət üzrə menecerlər
  • Keyfiyyətə nəzarətin tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • Keyfiyyətə nəzarət ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin sonunda veriləcək sənədlər:

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar, şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Mövzular:

1-ci gün: Keyfiyyət anlayışı və keyfiyyətin inkişaf mərhələləri

  • Keyfiyyətə nəzarət və inspeksiya arasındakı fərq
  • "Keyfiyyətə nəzarətin idarəetmə strukturundakı yeri və rolu
  • Məqsədi
  • Vəzifələri,
  • Əhəta dairəsi
  • Digər proseslərlə qarşılıqlı əlaqəsi
  • Sual və cavab

2-ci gün: Keyfiyyətə nəzarət işinin təşkili

  • Keyfiyyətə nəzarət və inspeksiya arasındakı fərq
  • "Keyfiyyətə nəzarətin idarəetmə strukturundakı yeri və rolu
  • Məqsədi
  • Vəzifələri,
  • Əhəta dairəsi
  • Digər proseslərlə qarşılıqlı əlaqəsi
  • Sual və cavab

Keyfiyyətə nəzarətin həyata keçirilməsi

  • (PLAN) Planlaşdırma - Sənədləşdirmə (OPC, Məhsul və prosesin spesifikasiyası, BOM,TP, CP, Cheklist İş təlimatı, Prosedur, Hesabatlar) keyfiyyətə aid olan sənədlər (Keyfiyyət Planı)
  • Sual və cavab

3-cü gü: Keyfiyyətə nəzarətin həyata keçirilməsi

  • (PLAN) Planlaşdır - Sənədləşdirmə (OPC, Məhsul və prosesin spesifikasiyası, BOM,TP, CP, Cheklist İş təlimatı, Prosedur, Hesabatlar) keyfiyyətə aid olan sənədlər(Keyfiyyət Planı)
  • (DO) "İcra et - Müəssisə əməkdaşlarının (satınalma, istehsal, anbar, servis, müştəri xidmətləri və s.) və Keyfiyyətə nəzarət üzrə mütəxəssislərin təlimi
  • (CHECK) Yoxlama-Hesabatlarla Keyfiyyət planı arasında uyğunluğun yoxlanılması, yoxlama nəticəsinə uyğun olaraq qəbul və ya rədd qərarının verilməsi.
  • (ACT) Tədbir görmə - Düzəltmə və düzəldici fəaliyyət
  • İşçi qrupu şəklində imtahan
  • Sual və cavab

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Keyfiyyətə Nəzarət prosesi təlimi

Qeydiyyat

KA ofisi

Azərbaycan

400

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

100

Tərəfdaşlar