Ümumi məlumat
Assosiasiyamız artıq on ildən artıq bir müddətdir ki, keyfiyyət və idarəetmə sahəsində müxtəlif təlimlərin təşkilini həyata keçirir. Bu illər ərzində yüzlərlə mütəxəssis və onlarla şirkət və təşkilatlar bizim təlim xidmətlərimizdən yararlanmışdır. Biz beynəlxalq standartların Azərbaycan dilində, həm də peşəkar təlimçilər vasitəsilə tədris edir və təlimlərimizi iştirakçılara əldə etdikləri bilikləri tətbiq etmək imkanını ortaya qoymaqla öyrədirik. Təlimlərimiz bir qayda olaraq tədris olunan standartların Assosiasiyanın Azərbaycan dilinə tərcümə etdiyi versiyası əsasında aparılır. Bu isə xarici dili bilməyən iştirakçıların mövzunu daha dərindən öyrənmələrini təmin edir.
TƏLİM ÜZRƏ ÜSTÜNLÜKLƏRİMİZ
- Təlimlər üzrə 13 ildən artıq təcrübə;
- 1000-lərlə şəxsin təlimləndirilməsi və 100-dən artıq təşkilata təlim xidmətinin göstərilməsi;
- Peşəkar və təcrübəli təlimçilər;
- ISO 29993 standartı üzrə sertifikatlaşırılmış ilk və yeganə təşkilat olmağımız;
- Azərbaycan dilinə tərcümə edilmiş standartlar əsasında tədris
- Təlim bazarında lider olma
- İndividual yanaşmanın tətbiqi
- Standartların Azərbaycan dili versiyalarının təqdim edilməsi
TƏLİM SİYAHISI
Assosiasiya bir qayda olaraq beynəlxalq standartların tətbiqi ilə əlaqədar təlimlər keçirilməsini təşkil edir. Biz aşağıdakı mövzularda təlimləri mütəmadi olaraq təşkil edirik:
TƏLİM NÖVLƏRİ
Assosiasiya həm açıq, həm də korporativ təlimlər təşkil edir. Açıq təlimlər təlim cədvəlində əks olunan tarixlərdə keçirilir. İstənilən şəxs bu təlimlərdə iştirak edə bilər. Korporativ təlimlər gəlincə bu növ təlimlər şirkət və təşkilatlardan daxil olan sorğular əsasında təşkil edilir.
-
Korporativ təlimlər
Müasir dövrdə müəssisə/təşkilatların davamlı inkişafında və performansının yüksəlməsində işçi heyətin təlimləndirilməsinin rolu böyükdür.
Daha ətraflı -
Açıq təlimlər
Assosiasiya tərəfindən təşkil edilən təlimlərdən biri də açıq təlimlərdir. Açıq təlimlərdə tərdris olunan mövzu ilə əlaqəli sahələrdə çalışan və ya bu sahədə karyera qurmaq istəyən şəxslər qatılmaq imkanı əldə edirlər.
Daha ətraflı