Təlimlər

Korporativ təlimlər

Müasir dövrdə müəssisə/təşkilatların davamlı inkişafında və performansının
yüksəlməsində işçi heyətin təlimləndirilməsinin rolu böyükdür. Təlimləndirilmiş işçi
heyət müəssisə/təşkilatların fəaliyyətinə dəyər qatır və onun performansının
yüksəldilməsinə təsir edir.

Təlimdən keçməyən personal isə əksinə şirkətdə mövcud idarəetmə sisteminin inkişafına töhfə verə bilmir
və gündən günə artan rəqabət mühitində nə öz, nə də müəssisənin fəaliyyətinə dəyər qatır. İşçilərinin
korporativ təlimlər vasitəsilə bilik və bacarıqlarını artıran müəssisələr qarşıya qoyduqları biznes hədəflərinə
daha tez nail olur və səriştəli kadrların axınının qarşısını alır və ya onu azalda bilir.

Korporativ təlim əldə etməklə müəssisə və təşkilatlar

1) Bütün işçi heyətin və ya onlara lazım personalın hamısının təlimə cəlb edilməsini təmin edir. Nəticədə maliyyə resurslarına qənaət olunur;
2) Müəssisə və onun işçi heyətinin təhlili nəticəsində onlar üçün daha effektiv tədris mövzularının seçilməsi və tədrisini təmin edir;
3) Müəssisənin fəaliyyət sektorunda böyük təcrübəyə malik peşəkar təlimçi tərəfindən təlimin keçirilməsini təmin edir.
4) Gələcəkdə idarəetmə sisteminin auditini həyata keçirəcək auditorlarının sayının çox olmasına zəmin yaradır.
5) Sertifikatlaşma da daxil olmaqla, əlavə xərclərin qarşısını alır;
6) İdarəetmə sisteminin effektivliyi təmin edir;
7) İdarəetmə sisteminin qurulması və tətbiqi daha rahatlaşdırır.

Assosiasiya yerli müəssisə və təşkilatlar üçün keyfiyyəti idarəetmə, qida təhlükəsizliyinin idarə edilməsi, ətraf mühitin
idarəetməsi və digər idarəetmə sistemi standartları ilə bağlı bir sıra təlimlər təşkil edir.
Biz təlim xidmətləri göstərmədən öncə müəssisə/təşkilatın təlim ehtiyaclarının təhlil edir və işçilərin təlimlərdən
maksimum səviyyədə yararlanmasını təmin etmək, habelə müəssisə/təşkilatın qarşıya qoyduğu məqsədlərə nail olması
üçün effektiv həllər təklif edirik.
Təlimçilərin seçilməsi zamanı Asssosiasiya potensial təlimçinin müəssisə/təşkilatın fəaliyyət göstərdiyi sektordakı
təcrübəsinə xüsusi diqqət yetirir və ən təcrübəli təlimçilərin tədris xidmətlərindən istifadə edir.

Biz bir qayda olaraq aşağıdakı standartlar üzrə
təlimlərin təşkilini həyata keçiririk:

  • ISO 9001 Keyfiyyəti idarəetmə sistemləri
  • ISO 14001 Ətraf-mühitin idarəetmə sistemləri
  • ISO 22000 Qida təhlükəsizlinin idarəetmə sistemləri
  • OHSAS 18001 Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sistemləri
  • OHSAS 45001 Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sistemləri
  • Halal
  • Global G.A.P. və s.

Açıq təlimlərdə tədris olunan mövzular iştirakçılarda ümumi təsəvvürün formalşaşması və praktiki
bacarıqların əldə ediməsinə yönəlmişdir. Bu təlimlərdən bəziləri kvalifikasiya proqramımıza daxil edilmişdir
və gələcəkdə müvafiq dərəcənin alınması üçün zəruridir. Açıq təlimlər bir qayda olaraq Bakı şəhərində
təşkil edilir.
Əgər siz də öz biliklərinizi müxtəlif sektorları təmsil edən mütəxəssislərlə birlikdə artırmaq
istəyirsinizsə, bu təlimlərimizə yazılın!

Rəylər

Şamo Muradov

Şamo Muradov

Direktor
İNCERT MMC

Biz “Keyfiyyət Assosiasiyası” ilə gözəl bir təcrübə yaşadıq. Assosiasiya təlim ehtiyaclarımızı effektiv bir şəkildə təhlil edərək işçilərimizə lazım olan mövzular üzrə təlimlər keçdi. Biz bu təlimlərin müsbət nəticələrini öz gündəlik fəaliyyətimizdə artıq hiss edirik. Biz başda təlimçilər olmaqla Assosiasiyanın rəhbərliyinə göstərilən xidmətə görə təşəkkürümüzü bildiririk.