Xəbərlər

Azərbaycan Texniki Universitetində (AzTU) ISO 21001:2018 standartı üzrə təlim keçirilib

4 iyul 2025-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin tərəfindən Azərbaycan Texniki Universitetinin “Xüsusi texnika və texnologiyalar fakültəsi”ndə “ISO 21001:2018. Təhsil təşkilatları - Təhsil təşkilatlarının idarəetmə sistemləri. Tələblər və istifadə qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyindən 3 mütəxəssis, AzTU-dan 11 nəfərlik heyət iştirak edib.

Təlim zamanı iştirakçılara standartın tələbləri, təşkilatın maraqlı tərəflərin ehtiyac və gözləntiləri, maraqlı tərəflər ilə təhsil təşkilatı arasında effektiv qarşılıqlı əlaqəninin qurulması, tədris proseslərinin davamlı yaxşılaşdırılması, həmçinin standartın tətbiqinin faydaları və qazandırdığı üstünlüklər və sairə mövzulara toxunulub.

Eyni zamanda təlim çərçivəsindədə iştirakçılara “Təhsil Təşkilatının Strateji Planı” mövzusunda təqdimat keçirilib və qabaqcıl təhsil müəssisələrinin təcrübəsində istifadə olunun “Strateji Plan”a dair nümunələr göstərilib.

Tərəfdaşlar