Keyfiyyət tv

STARBUCKS-ın potensial tədarükçüsü olan “AZ FP CO” LTD MMC- də 2-ci tərəf auditi keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən Türkiyənin Karma Group şirkətinin vasitəsilə dünyada tanınmış STARBUCKS markasını təmsil edən SHAYA ilə əməkdaşlıq çərçivəsində “AZ FP CO” LTD MMC-də keyfiyyət və qida təhlükəsizliyi proqramları əsasında 2-ci tərəf auditi keçirilib. Sözügüdən audit zamanı beynəlxalq standartlar və sifarişçi tələbləri əsas götürülüb.

Qeyd etmək istəyirik ki, audit xidməti Keyfiyyət Assosiasiyasının göstərdiyi 3 (məsləhət, audit və təlim) xidmətdən biridir. Audit xidməti diaqnostik audit, daxili audit və tədarükçülərin auditi (qiymətləndirilməsi) şəklində həyata keçirilir. Tədarükçülərin qiymətləndirilməsi müştərinin sifarişi əsasında öncədən təqdim olunmuş yoxlama vərəqələri (cheklist) və ya müştərinin istəyinə uyğun olaraq hazırlanmış sənədlər (müqavilə tələbləri, standartlar, spesifikasiyalar, prosedur və təlimatlar) əsasında aparılır.

Xatırladaq ki, “AZ FP CO” LTD MMC 2011-ci ildə “Milla” markası ilə süd məhsulları bazarında fəaliyyətə başlayıb. "Milla" markası Azərbaycanda, demək olar ki, bütün süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan markadır. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların təzə və təhlükəsiz şəkildə bazara çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal edir. “Milla” markası Azərbaycanda bir çox süd məhsulları kateqoriyasında bazar lideridir. “Milla” markası yarandığı gündən əsas missiyası əhalini yüksək keyfiyyətli süd məhsulları ilə təmin etməkdir. Şirkət, həmçinin, istehsalat prosesində texnoloji yenilikləri izləyərək ən son texnologiyalardan istifadə edir.

Tərəfdaşlar