Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları üçün ISO 37001 standartı üzrə təlim keçirilib

12 Dekabr tarixində Keyfiyyət Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) “ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemi” standartı üzrə məlumatlandırma təlimi keçirilib. Təlimdə AKİA-nın struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlimdə iştirakçılara ISO 37001 standartının tələbləri, rüşvətxorluğa qarşı idarəetmənin prinsipləri, rüşvətxorluğa qarşı idarəetmə sisteminin tətbiqi və onun faydaları, risklərin qiymətləndirilməsi mexanizmi, təşkilati vəzifələr, məsuliyyət və səlahiyyətlər, təşkilat tərəfindən rüşvət riskinin qarşısının alınması, onun aşkar edilməsi üçün zəruri olan tədbirlər, rüşvətxorluğa qarşı idarəetmədə monitorinqin və davamlı təkmilləşdirmə, rüşvətxorluğa qarşı mübarizə sahəsində beynəlxalq təcrübə haqqında ətraflı məlumat verilib.

Tərəfdaşlar