Keyfiyyət Assosiasiyası tərəfindən Gazelli MMC-də ISO 31000 Risklərin idarə edilməsi mövzusunda təlim keçirilib.

Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartında risk əsaslı düşüncə, risklərin idarəedilməsi üzrə standartlar və metodlar, risk və imkanların müəyyən edilməsi üzrə fəaliyyətlər, risk və imkanların planlaşdırılması, risklərin idarə edilməsi prosesi, risk və imkanları müəyyən edilməsi üzrə fəaliyyətlərin KİS-in prosesləri ilə inteqrasiyası, risklərin təhlili və qiymətləndirilməsi metodları, risklərin monitorinqi və yenidən qiymətləndirilməsi və sairə məsələlər barədə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
Təlimin sonunda təlim iştirakçılarının bilik səviyyəsinin yoxlanılması üçün imtahan keçirilmiş və yüksək nəticə ilə müvəffəqiyyət sertifikatı əldə ediblər.

Tərəfdaşlar