Keyfiyyət Assosiasiyası İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni layihəyə start verdi! 

Keyfiyyət Assosiasiyası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ – də ISO 9001:2015, ISO 20252:2019, ISO 29993:2017, ISO 37001:2016, və ISO 10015:2019 beynəlxalq standartlarına uyğun İnteqirə İdarəetmə Sisteminin işlənilməsi, tətbiqi və sertifikatlaşdırması layihəsi çərçivəsində ISO 9001:2015 Standartı üzrə təlim keçirilib.

Təlimdə Milli Observatoriyanın struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Təlim zamanı iştirakçılara ISO 9001 standartı və digər beynəlxalq idaretmə standartları üzrə ümumi məlumat eyni zamanda ISO 9001 – in tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə maraqlı müzakirələr aparılıb.

Tərəfdaşlar