Reabilitasiya mərkəzlərinin rəhbərləri üçün ISO 9001 standartı üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə əməkdaşlığı çərçivəsində reabilitasiya mərkəzlərinin rəhbər şəxsləri üçün “ISO 9001 keyfiyyəti idarəetmə sistemi” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, onun tətbiq sahəsi, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və sairə məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.

Tərəfdaşlar