Səhiyyə sektoru üçün çox vacib standart Keyfiyyət Assosiasiyası tərəfindən azərbaycan dilində işlənib hazırlanmışdır


“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli QƏRARI ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası” na əsasən dövlət standartlarının hazırlanması işinə töhfə vermək məqsədilə “ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartı azərbaycan dilində işlənib hazırlanmışdır.
Standartının hazırlanmasında Assosiasiyanın əməkdaşları ilə yanaşı ölkəmizin səhiyyə sektorunu təmsil edən müxtəlif təşkilatların mütəxəssisləri də iştirak etmişlər.
Qeyd edək ki, ISO 7101 Beynəlxalq Standartlaşdirma Təşkilatinin (ISO) yüksək səviyyəli idarəetmə sistemi standartlarının strukturu əsasında hazırlanıb. Bu isə onun digər idarəetmə sistemi standartları (ISO 9001, ISO 14001, ISO 22000, ISO 45001, ISO 27001 və sairə) ilə birgə effektiv şəkildə tətbiqini mümkün edir.
ISO 7101 beynəlxalq standartının ölkəmizin səhiyyə sektoru üçün əhəmiyyətini nəzərə alaraq Keyfiyyət Assosiasiyası yaxın vaxtlarda qeyd olunan standartın təqdimatını keçirməyi planlaşdırır.
Tədbirdə səhiyyə sektorunu təmsil edən dövlət qurumlarının, habelə dövlət və özəl səhiyyə və tibb müəssisələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.