Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti “Mineral Sular” MMC-də şirkətin əməkdaşları ilə görüş keçirib

Assosiasiyanın sədri Samir Novruzlunun rəhbərliyi ilə nümayəndə heyəti görüş çərçivəsində şirkətin struktur bölmələrinin fəaliyyəti, tətbiq olunan texnologiyalar, istehsal prosesi və məhsullar, qablaşdırma prosesi ilə tanış olublar. Daha sonra qonaqlar şirkətin laboratoriyasına baxış keçiriblər. Laboratoriyanın fəaliyyəti Assosiasiyanın numayəndə heyəti tərəfindən maraqla qarşılanıb. Şirkətin Keyfiyyətə Nəzarət və Laboratoriya müdiri, eyni zamanda Keyfiyyət Assosiasiyasının üzvü Nuriyyə İsmayılaova qonaqlara laboratoriyanın iş şəraiti, buradakı cihaz və avadanlıqlar, aparılan analizlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı Samir Novruzlu Keyfiyyət Assosiasiyanın fəaliyyəti barədə şirkətin əməkdaşlarına məlumat verib, eyni zamanda Assosiasiya ilə “Mineral Sular” MMC arasında bir sıra istiqamətlər üzrə əməkdaşlıq perspektivlərindən danışıb. Görüşün sonunda Mineral Sular MMC-yə Assosiasiya mütəxəssisləri tərəfindən hazırlanmış “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabı hədiyyə edilib.

Xatırladaq ki, 1140 m2 ərazidə yerləşən “Mineral Sular” MMC-nin tikintisinə 2012-ci ildə başlanılıb və zavodda Türkiyədən, eləcə də İtalyadan gətirilən avadanlıqlar quraşdırılmışdr. 2015-ci ildə tam olaraq fəaliyyətə başlayan zavodumuzda tam yeni, müasir texnoloji tələblərə və standartlara cavab verən avadanlıqlar istismara verilib. Burada “Vita 1000” nişanı altında 0,33; 0,5; 1; 1,5; 5; 10 və 19 l-lik qablarda təbii mineral süfrə, qabladrılmış içməli və qazlı sular istehsal olunur. Zavodumuzda tam standartlara uyğun müasir kimyəvi və bakterioloji laboratoriyalar fəaliyyət göstərir.

Çoxillik istehsal təcrübəsinə malik, yerli bazarda keyfiyyətli məhsulları ilə rəqabət qabiliyyətliliyini qoruyub saxlayan müəssisə özünün istehsal fəaliyyətini ildən-ilə genişləndirməklə ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə çalışır.

Tərəfdaşlar