Keyfiyyət Assosiasiyasının əməkdaşları “USAID Gələcəyin Assosiasiyaları” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib

17, 23 və 26 yanvar 2024 -cü il tarixlərində Keyfiyyət Assosiasiyasının əməkdaşları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi çərçivəsində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən keçirilən təlimlərdə iştirak edib. Təlimlərdə səmərəli assosiasiyada sənədlərin idarə edilməsi, proseslərin rəqamsallaşdırılması (MS exsel imkanları), sosial inkluzivlik mövzularına toxunulub və iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas icraçısı olduğu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi AMFA, “Finance and Social İnnovation Consulting” (FSIC) MMC və Əlil Təşkilatları İttifaqı (ƏTİ) daxil olmaqla yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.

Layihə Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq, ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir.

Tərəfdaşlar