İqlim dəyişikliyi ilə mübarizədə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) fəaliyyəti
İqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi biri-biri ilə ayrılmaz şəkildə bağlıdır. Hazırda bir milyona yaxın heyvan və bitki növü nəsli kəsilmək təhlükəsi altındadır. Təbiət və onun fəaliyyət göstərən ekosistemləri sürətlə tükənir və bu, hamımızın həyatına və təsir edir və planetin gələcəyi üçün təhlükə törədir.
Sağlam ekosistemlər insanları təmiz su və oksigen ilə təmin etməklə insanların sağlam həyata sürməsində əhəmiyyətli rol oynayır. Ekosistemlər karbon qazını saxlayır, ona görə də onlar zədələndikdə həmin karbonu yenidən ətraf mühitə buraxmaq riski yaranır ki, bu da iqlim dəyişikliyini sürətləndirir.
Hazırki dövrdə ətraf mühiti və insan sağlamlığını qorumaq üçün hərəkətə keçmək vaxtıdır.
ISO dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə ümumi səyləri birləşdirməyə və bu sahədə baş verən tərəqqini izləməyə çağırır. Müzakirə platforması kimi çıxış edərək, ISO bilikləri bölüşmək və sahədə ən yaxşı təcrübə üçün könüllü standartları razılaşdırmaq üçün 167 ölkədən milli standartlaşdırma üzrə qurumlarının fəaliyyətini əlaqələndirir.
Əməkdaşlıq müsbət dəyişikliyin açarıdır
İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə birgə fəaliyyət göstərmək çox vacibdir, çünki bütün dünyada iqlim fəaliyyətinin uğuru spesifik, ölçülə bilən və ədalətli ümumi məqsədlərə nail olmaq üçün ölkələrin birgə əməkdaşlıqdan asılıdır..
Sağlam ekosistemlər insanların rifahı üçün vacibdir
Əslində, İSO iqlim dəyişikliyi ilə mübarizəyə və müxtəlif miqyaslı problemlərin həllinə yönəlmiş bir sıra standartları dərc etmişdir. Bununla əlaqədar nəşr olunan ISO standartları texnologiyalar, avadanlıq və materiallar üzrə tövsiyələr də daxil olmaqla, istənilən iqlim zonasında bərpa olunan enerji mənbələrindən istifadə etməklə qeyri-yaşayış binalarında sıfır enerji istehlakına nail olmaq üçün praktiki addımları təsvir edir.
Torpağın keyfiyyətinin yoxlanılması ISO standartlarında xüsusi diqqət çəkən başqa bir məsələdir (çünki, keyfiyyətli torpaq sağlam, bioloji müxtəlif ekosistemi dəstəkləyən əsas qida maddələri ilə zəngindir). Belə ki, ətraf mühitə olan təhdidlər səbəbindən yer üzndə yaşayan heyvan və bitkilər görünməmiş sürətlə azaldıqca, torpağın keyfiyyəti ilə bağlı standartlaşdırılmış məlumatların paylaşılması çoxlu sayda canlı orqanizmin yaşaması üçün həlledici əhəmiyyət kəsb edə bilər.
İqlimlə bağlı öhdəliklər
ISO-nun iqlimlə bağlı fəaliyyətinin çox hissəsi dünyanı davamlı gələcəyə aparacaq iqlimin yaxşılaşdırılmasına dəstək verəcək standartların detallarına və ardıcıl tətbiqinə diqqət yetirir. Bununla bərabər, ISO-nun daha geniş fəaliyyət istiqaməti – dünya üzrə iqlimin yaxşılaşdırılması üçün investisiya qoyuluşunun artırılması və 2050-ci il iqlim gündəliyinə nail olunması üzrə öhdəliyi - London Bəyannaməsində öz əksini tapıb.
Hazırda ISO və onun üzvləri iqlimlə bağlı problemlərin həllində və bununla bağlı ən qabaqcıl təcrübələrin paylaşılması yolu ilə iqlimin yaxşılaşdırılmasında mühüm rol oynayır.
London Bəyannaməsinin elan edilməsindən sonra keçən müddətdə Amerika, Asiya və Avropadakı təşkilatlar Pan Amerika Standartları Komissiyası (COPANT), Avropa Standartlaşdırma Komitəsi (CEN), Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi və sairə təşkilatlar da ISO-nun məqsədlərini dəstəkləyirlər.
İqlim Dəyişikliyi üzrə London Bəyannaməsinə dəstək olaraq, ISO mövcud idarəetmə sistemi standartları sırasına iki yeni mətn əlavə edəcək bir qətnamə qəbul etmişdir və bu mətnlər iqlim dəyişikliyinin idarəetmə sisteminin nəzərdə tutulan nəticələrə nail olmaq qabiliyyətinə təsirinin nəzərə alınması məqsədilə yeni standartlara daxil ediləcək. Dəyişikliklər ilkin olaraq bu nəşr edilmiş standartlara düzəlişlər kimi nəzərdə tutulub.
Dəyişikliklər (iki yeni bəyanat) Uyğunlaşdırılmış Strukturun yeni mətninə (ISO/IEC Direktivlərində SL Əlavəsinin 2-ci Əlavəsi) aşağıdakı kimi daxil ediləcək.
4.1 Təşkilat və onun kontekstinin başa düşülməsi
Təşkilat öz məqsədinə uyğun olan və XXX idarəetmə sisteminin nəzərdə tutulan nəticəsinə (nəticələrinə) nail olmaqla bağlı onun qabiliyyətinə təsir edən xarici və daxili məsələləri müəyyən etməlidir.
Əlavə edilib: Təşkilat iqlim dəyişikliyinin müvafiq məsələ olub-olmadığını müəyyən etməlidir.
4.2 Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi
Təşkilat müəyyən edir:
• XXX idarəetmə sisteminə uyğun olan maraqlı tərəflər.
• bu maraqlı tərəflərin müvafiq tələbləri.
• bu tələblərdən hansının XXX idarəetmə sistemi vasitəsilə həll ediləcəyi.
Əlavə edilib: QEYD: Müvafiq maraqlı tərəflərin iqlim dəyişikliyi ilə bağlı tələbləri ola bilər.




