Keyfiyyət nədir və niyə vacibdir?

Keyfiyyətin nə olduğunu bilirikmi?

Keyfiyyət nədir?

Avropa Keyfiyyətə Nəzarət birliyinə görə keyfiyyət hər hansı bir məhsul və ya xidmətin müəyyən ehtiyacları təminetmə qabiliyyətini ortaya qoyan xüsusiyyətlərin məcmusudur.
Biz isə bunu belə izah edək, keyfiyyət hər bir müəssisənin iş prossesində maraqlı olduğu əsas faktordur. Bu yüksək idarəçilik mədəniyyəti və hər kəsin öz işində məsuliyyətli olmasını tələb edir.
Keyfiyyətə çoxlu mənalar yükləyə bilsək də başlıca olaraq keyfiyyət bir biznesin inkişafının ən vacib elementidir.


Niyə keyfiyyət vacibdir?

Keyfiyyətli bir məhsul istehsal edən və ya xidmət göstərən və bunu müştərilərə düzgün təqdim edən şirkətin bazarda aparıcı müəssisələrdən olma şansı daha da yüksəlir. Belə ki, Keyfiyyət:

- müştəri loyallığını artırır;
- müəssisənin etibarını artırır;
- müəssisənin fəaliyyət göstərdiyi sektorda aparıcı mövqeyə çatması na kömək edir;
- müəssisənin xərclərini azaldır.

  • Müştəri loyallığını yüksəldir. Müştərinin ehtiyac və gözləntilərini düşünərək ona keyfiyyətli məhsul və xidmət təqdim edirsinizsə, bu zaman müştəri məmnuniyyətini qazanmış olursunuz. Məmnun müştərinin sizdən yenidən alış etməsi şübhəsizdir və hətta o, sizə əlavə müştəri də qazandıracaqdır.
  • Müəssisənin etibarını artırır. Müasir dövrdə heç bir halda nəzərdən qaçırılmamalı olan sosial media kimi insanların fikir və zövqlərini paylaşdığı bir platforma var. Keyfiyyətli bir məhsul və xidmət isə sizə hər zaman müsbət geri dönüşlər qazandıra bilər. Bu da öz növbəsində şirkətin etibarını, eləcə də onun gəlirlərini artıran əsas amillərdən biridir!
  • Müəssisənin fəaliyyət göstərdiyi sektorda aparıcı mövqeyə çatmasına kömək edir. Əgər müəssisə rəqabətli bazarda məhsul və xidmətinin keyfiyyətini davamlı olaraq yüksəldirsə və standartlara uyğun məhsul və xidmətlər təklif edə bilirsə, bu zaman o, aparıcı müəssisə olur və bu sahədə brendləşir. Nəticədə, bazardakı digər müəssisələr də öz məhsul və xidmətlərini aparıcı müəssisənin standartlarına uyğunlaşdırmağa çalışırlar.
  • Müəssisənin xərcləri azaldır. Müəssisə hər zaman məhsul və xidmətlə bağlı xərclərin azaldılmasında maraqlıdır və mənfəətin daha çox olmasını istəyir. Bu da o zaman mümkün olur ki, müəssisənin keyfiyyəti idarəetmənin effektiv həyata keçirilməsi sayəsində istehsal olunan məhsul və göstərilən xidmət müştərilər tərəfindən yenidən alınır və başqa müştərilərə də tövsiyə olunur. Necə deyərlər keyfiyyətli məhsul özü özünü satır və əlavə marketinq xərclərinə ehtiyac qalmır.

Niyə müəssisələr keyfiyyətə əhəmiyyət verməlidir?

Biznesdə qalmaq və inkişaf etmək üçün!
Düzgün olmayan idarəetmə, dəyişikliyə uyğunlaşa bilməmək və iş mühitindəki güvənsizlik sadəcə həmin müəssisə üçün yox, eyni zamanda bunun xaricində ətraf mühit və cəmiyyət üçün də böyük problemlər yarada bilər.

Tərəfdaşlar